Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb

Gürcüstana narkotik vasitə və külli miqdarda siqaret keçirməyə cəhd edən Ermənistan vətəndaşları saxlanlıb.
APA-nın yerli bürosunun Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən verdiyi məlumata görə, “Kazbeqi” gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşından tərkibində narkotik vasitə olan həblər aşkar olunub.
“Sadaxlı” gömrük-keçid məntəqəsində isə Ermənistan vətəndaşından 11 220 ədəd siqarət müsadirə edilib. Qaçaqmalçı min lari məbləğində cərimələnib.