Gürcüstan və ABŞ arasında üçillik hərbi saziş imzalanacaq

“Bu ilin payızında Gürcüstan və ABŞ arasında hərbi sahədə əməkdaşlığa dair üçillik saziş imzalanacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria bildirib.

O deyib ki, çərçivə sazişində prioritet istiqamətlər müəyyən olunacaq və bununla da iki ölkə arasında hərbi əməkdaşlıq daha da güclənəcək: “Bu sənəd Gürcüstana NATO-ya daha da yaxınlaşmağa və əldə olunmuş əməkdaşlığın yüksək səviyyəsi ilə Alyansa üzvlüyə hazır olmağa zəmin yaradacaq”.