Gürcüstan hökumətində struktur və kadr islahatları gözlənir

 

Gürcüstanda hökumətin tərkibində struktur və kadr islahatlarının olacağı gözlənilir.

Milletcilik.az-nın Gürcüstan bürosunun məlumatına görə, dəyişikliklərə əsasən, bir neçə nazirliyin birləşdirilməsi nəzərdə tutulub.

Yenilənmiş hökumətdə 2 yeni nazirin yer alacağı da gözlənilir. Yayılan məlumatlara əsasən, Gürcüstanın Energetika Nazirliyi ləğv olunaraq İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə birləşdiriləcək  və yeni daxili işlər naziri təyin olunacaq. Mövcud 18  nazirlikdən 13-nün qalacağı gözlənilir.Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili sabah hökumətdə dəyişikliklərlə bağlı bəyanatla çıxış edəcək.