Gəncədəki Rus Pravoslav kilsəsində anım mərasimi keçirilir

Hazırda Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də gecə saatlarında törətdiyi terror aktı nəticəsində həlak olmuş dinc sakinlərin anım mərasimi keçirilir.

“Report”un Qərb Bürosunun məlumatına görə, mərasimdə həlak olanların və şəhidlərin ruhuna dualar oxunur.