Gəncədə avtomobil piyadanı vurdu

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Millətçilik.az-ın Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 35 yaşlı Ramin İmanovu avtomobil vurub. Sürücü yaralını xəstəxanaya aparıb.

R.İmanovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.