“Facebook” şəkillərdə istifadəçilərin sifətini identifikasiya edəcək

“Facebook” sosial şəbəkəsi istifadəçilərə kimsə onlarla birgə çəkilmiş şəkli yüklədikdə (istifadəçi şəkildə qeyd edilməyibsə belə) bildiriş göndərəcək.

Milletcilik.az xəbər verir ki, “Facebook” tərəfindən şəkildə tapılmış istifadəçi özünü qeyd edə, təklifdən imtina edə və ya şəkildə istifadəçinin o olmadığını bildirə bilər. Foto məxfilik sazlamaları ilə qorunduğu halda istifadəçi bildiriş almayacaq.

“Facebook”, həmçinin kimsə istifadəçi ilə çəkilmiş şəklini avatara yerləşdirdikdə həmin istifadəçiyə bildiriş göndərmək üçün sifətin tanınması texnologiyasından istifadə edəcək. Beləliklə, sosial şəbəkə “feyk”lərlə mübarizə aparmaq istəyir.