Etna oyandı, 4 km hündürlükdə kül sütunu püskürdü

İtaliyanın Siciliya adasındakı Etna vulkanı püskürüb.

Millətçilik.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Katanya Milli Geofizika və Vulkanologiya İnstitutunun saytında məlumat verilib.

Mütəxəssislərin fikrincə, vulkan 4 km hündürlükdə kül sütunu püskürüb. Püskürmə göy gurultusu və yeraltı təkanlarla müşayiət olunub.

Yerli KİV İtaliyada vulkanın oyanması ilə xəbərdarlıq edildiyini yazır.

Etna Avropadakı ən hündür aktiv vulkandır.

 Şölə Beyləqanlı (Hüseyinova)