Ermənistanın paytaxtında atışma olub, saxlanılan var

Yerevanda atışma olub.

Millətçilik.az xəbər verir ki, bu barədə “Shamshyan.com” bildirib.

Məlumata görə, hadisə Başinjaqyan küçəsində qeydə alınıb. Küçədəki yaşayış binasının həyətində atəş səsləri eşidilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və atışmanı törətməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib.

Atışma zamanı həyətdəki “KIA” markalı avtomobilə zərər dəyib. Hadisə yerinə istintaq qrupu cəlb edilib.

Fakt üzrə materiallar toplanılır.