Ermənistanın keçmiş Prezidenti 5 saat dindirilib

Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan 2008-ci il martın 1-dəki hadisələrlə bağlı Xüsusi İstintaq Komitəsində 5 saat ifadə verib.

Millətçilik.az xəbər verir ki, məlumatı “Armtimes” şəxsi mənbələrinə əsasən yayıb.

Onun bu işlə bağlı istintaqa yenidən çağırılacağı da vurğulanıb.

Xatırladaq ki, Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçatryan eks-prezidentin ifadə vermək üçün quruma çağırılacağını bildirmişdi.

Qeyd edək ki, Serj Sarqsyan 2008-ci ilin fevral ayında keçirilən prezident seçkilərində namizəd olaraq iştirak edib. O vaxt Ermənistanın Mərkəzi Seçki Komissiyası onun 52,8 faiz səs topladığını elan etmişdi. Həmin siyasi kampaniyada Sarqsyanın Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyana qalib gəldiyi bildirilmişdi. 2008-c il martın 1-də səsvermənin nəticələrinə etiraz edənlərə qarşı güc tətbiq olunmuş, 10-dan çox aksiyaçı öldürülmüşdü.