Ermənistanda polis bazarı bağladı

Ermənistan polisi Ararat vilayətində yerləşən “Meymandar” kənd təsərrüfatı məhsullarının topdansatış bazarını bağlayıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində bildirib.

O deyib ki, polis iyunun 3-də gecə saatlarında bazarda əməliyyat keçirib. Hökumət başçısı qeyd edib ki, hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmayan 30 nəfər saxlanılıb. N.Paşinyanın sözlərinə görə, hadisə ilə bağlı cinayət işi başlanılıb.

“Bazar bağlanıb. Gecə xüsusi əməliyyat keçirilib. Dünənki hadisələrlə bağlı cinayət işi başlayıb”, – deyə baş nazir yazıb.

Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin qərarına əsasən, bazarda fövqəladə vəziyyət rejimində komendant saatı və ərzaq məhsulları təhlükəsizliyinin qorunması normaları pozulub. Ona görə də bazar iyunun 6-dək bağlı qalacaq.