Ermənistanda koronavirusdan ölənlərin sayı 728-ə çatdı

Ermənistanda daha 259 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 38 196-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 728-ə çatıb. İndiyədək 28 366 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 8 877 aktiv koronavirus xəstəsi var.