Ermənistanda hərbçilər qəzaya düşüb, ölən və yaralanan var

Ermənistanın şimalında, Gümrü-Spitak yolunda hərbçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 hərbçi ölüb, 3 nəfər isə yaralanıb.

Məlumata görə, onların hamısı müddətdən artıq xidmət edən hərbçilər olub.