Ermənistan Arazı çirkləndirir, xərçəng xəstəliyi artır

İranlı deputat Ermənistanı Arazı çirkləndirməkdə ittiham edib.

Trend-in məlumatına görə, bu gün İran parlamentinin iclasında çıxış edən millət vəkili Şəkur Purhüseyn Ermənistanın Araz çayını çirkləndirdiyini bildirib.

O qeyd edib ki, bu fakt Ərdəbil vilayətinin Muğan bölgəsində xərçəng xəstəliyinin artmasına səbəb olub.

Deputat bu acınacaqlı halı “xərçəng sunamisi” adlandırıb.