Ermənilərin miqrasiyası və Fransada erməni icması

Birinci Yazı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşı, Fransada tədqiqatlar aparmış Cavid Bayramovun ilginc bir elmi məqaləsini sayğılı oxucularımıza təqdim edirik

Ermənilərin  Avropaya miqrasiyası müasir Avropa tarixində mühüm məsələlərdən biridir. Bu məsələ XIX-XX əsrdən etibarən mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. Rusiya-Osmanlı müharibəsindən (1877-1878) sonra erməni məsələsi faktiki olaraq yaranmağa başlamışdır. İlk dəfə olaraq ermənilərlə, erməni məsələsi ilə bağlı San Stefano (1878, 16 maddə) və Berlin müqaviləsinə (1878, 61 maddə) bir maddə əlavə edilmişdir. San Stefano və Berlin müqaviləsinin imzalanmasından sonra böyük güclər – Rusiya, Böyük Britaniya, Fransa faktiki olaraq erməni məsələsinə daxil olmuşlar və Osmanlı İmperiyasına qarşı daima təzyiq vasitsi kimi istifadə etməyə başlamışlar. Məhz bu dövrdə Osmanlı imperiyası ərazilərində ermənilərin siyasi fəaliyyəti, silahlı üsyanları Osmanlı İmperiyasının onlara qarşı təhlükəsizlik tədbirlərinin görməsi erməni siyasi aktivistlərin Avropaya, Qərb ölkələrinə mühacirət etməsinə gətirib çıxarmışdır.

Bu gün 3 500 000 erməni, ermənilərin  54 %-i faktiki olaraq Ermənistan Respublikasının vətəndaşıdır. Post-Sovet ölkələrində isə 1 100 000 hal-hazırda yaşayır. “Bu gün dünyada təxminən 10 000 000 qədər erməni əhalisi təxmin edilir. Onlardan Ermənistan (2.9 milyon) və Dağlıq Qarabağ (146 000) daxil olmaq üzrə 7 000 000-ə yaxını Avropada yaşayır” [The Armenian Diaspora in Europe. An Introduction]. Dünyanın bir çox ölkələrində Yaxın Şərqdə (Livan, Suriya, İran, Türkiyə, İraq, Misir, İsrail, Kipr), Qərb ölkələrində (ABŞ, Fransa, Böyük Britaniya, Belçika, Almaniya, İsveçirə, İtaliya, Kanada, Meksika, Argentina, Braziliya, Avstraliya və.s) 50-dən çox erməni icması vardır. 1993-cü ildə hələ ABŞ-da 900 000-dən artıq erməni yaşayırdı. Fransa isə ABŞ-dan sonra dünyada erməni icmasının yaşadığı ikinci ölkədir. “Onların əksəriyyəti Qərb ölkələrində (ABŞ-da 1.4 milyon, Los Anceles də daha çox, Fransada 400 000, Argentinada 130 000) və Yaxın Şərqdə (Livanda 234 000, Suriyada 150 000) ancaq davam edən müharibə səbəbi ilə ölkəni tərk etmişlər və İranda 80 000 yaşayır”. (cf.Manaseryan 2014)[ Gabriel Rasuly-Paleczek, Maria Six-Hohenbalken. Migration and its impact on Armenia. A field practice. Austrian Studies in Social Anthropology and Department for Social and Cultural Anthropology University of Vienna. Vienna 2017].

Ermənilərin say baxımından dünyada üstün olan və hətta artıq o ölkənin etnik azlığına – minority çevrilmiş ölkələrindən biri Fransadır. Hal-hazırda 600 000-dən çox erməni Fransada yaşayır və bu ölkənin etnik azlığı – minority hesab edilir. Fransada ermənilərin artıq üçüncü nəsili yaşayır. Erməni məsələsinin müdafiə komitəsi – Comité de défense de la cause arménienne (CDCA) və Erməni diasporunun araşdırmalar mərkəzinin – Centre de recherches sur la diapora arménienne (CRDA) verdiyi məlumata görə bu gün Fransada erməni icmasının 600 000 üzvü var [Les Arméniens en France]. Bunlardan 400 000 nəfər erməni Fransa ərazisində anadan olan ermənilərdir. Faktiki olaraq Fransada erməni icması coğrafi olaraq 3 region ətrafında formalaşıb. 1. Paris regionu (la région parisienne) – təxmini 200 000 erməni bu regionda yaşayır. 2. Marsel regionu (la région marseillaise) – təxminən 150 000-dən çox erməni bu regionda yaşayır. 3. Lion regionu (la région lyonnaise) – təxmini bu regionda 150 000 erməni əsilli fransız vətəndaşı yaşayır. Alfortvil şəhərini – la ville d’Alfortville kiçik Ermənistan – la petite Arménie  adlandırırlar. Belə ki, bu şəhərin 45 000 sakini var və bunlardan 7 000 – 9 000 sakini erməni əsilli Fransa vətəndaşlarıdır. Qeyd etmək lazımdır ki, Fransanın Lion, Nis, Bordo, Tuluz, Qrenobl və Monpelye və.s kimi şəhərlərində erməni etnik azlığı yaşayır.

Fransada erməni icması Erməni Qreqoriyan Kilsəsinə – chrétienne orientale grégorienne sadiq qalmışlar. Erməni Qriqoryan Kilsəsi hər zaman erməni milli şüurunun, milli ideyasının ayrılmaz tərkib hissəsi kimi qalmış, əsas hərəkətverici qüvvəsi olmuşdur. Fransada erməni dilini öyrətmək üçün bir çox assosiyasiya fəaliyyət göstərir. Fransada ən azı 6 erməni məktəbi (Marseldəki litsey də bura daxildir), yüzlərlə şənbə və bazar günləri üçün məktəblər fəaliyyət göstərir [Les Arméniens en France].

Ermənilərin Fransaya köçünü, mühacirət etmələrini 3 tarixi dövrə bölmək olar.

  1. XVII əsrdən başlamış – XX əsrin 20-ci illərinə kimi davam edən Fransaya erməni köçü yaxud miqrasiyası və Fransada formalaşmış ermənilərin birinci nəsli.
  2. 1945-ci ildən başlamış – XX əsrin 80-cı illərinə kimi davam edən Fransaya erməni köçü yaxud miqrasiyası və Fransada formalaşmış ermənilərin ikinci nəsli.
  3. XX əsrin 80-cı illərindən başlanan – 2000-ci illərə kimi davam edən Fransaya erməni köçü yaxud miqrasiyası və Fransada formalaşmış ermənilərin üçüncü nəsli.

1877-1878-ci il Rus-Osmanlı müharibəsindən sonra imzalanan San Stefano müqaviləsinin 16-cı maddəsi, 1878-ci ildə imzalanan Berlin müqaviləsinin 61-ci maddəsi ilə Erməni məsələsi – Armenian Question beynəlxalq münasibətlərdə böyük güclərin – Böyük Britaniya, Fransa, Rusiya Osmanlı İmperiyasına qarşı Şərq Məsələsində – Eastern Question siyasi kart olaraq istifadə etmişlər. Məhz 1878-ci ildən etibarən Erməni məsələsi meydana çıxmağa başlamışdır. Elə XIX əsrin 80-90-cı illərindən başlayaraq ermənilərin Fransaya köçü başlamış və bu proses XX əsrin 80-cı illərinə, 2000-ci illərə kimi davam etmişdir. Belə ki, Fransada məskunlaşmış ermənilər 2000-ci illərə kimi tarixi proses keçmiş və bu gün artıq etnik azlıq olaraq formalaşmışdır.

 

1.Ermənilərin Fransada məskunlaşması və İqtisadi-ticari əlaqələr

Ermənilərin Fransaya ilk gəlişi, köçünü bir çox tarixçi Fransa kralı XIII Lüdovikin dövrünə təsadüf etdiyini yazır. Faktiki olaraq Fransa kralı XIII Lüdovik və XIV Lüdovikin hakimiyyəti illərinə ermənilərin, xüsusilə erməni tacirlərin Fransaya gəlməsi və Fransa ərazisində məskunlaşması təsadüf edir. Xüsusilə ermənilər Paris, Marsel, Lion və Aviononda məskunlaşmağa və icma olaraq formalaşmağa başlayırlar. Lakin erməni tarixçilərin fikirincə ermənilərin Fransaya gəlişi, köçü XIII Lüdovikin hakimiyyəti illərindən də daha əvvəlki əsrlərə təsadüf edir. Erməni əsilli fransız tarixçisi Anahide Ter Minassian bu haqda yazır : “Ermənilərin fərdi immiqrasiyası, Fransaya gəlişi XII əsrə təsadüf edir” [Les Arméniens en France]. Deməli erməni əsilli fransız tarixçisi Anahide Ter Minassian ermənilərin Fransaya ilk gəlişini, immiqrasiya, köçünü XII-XIV əsrlərdə fərdi immiqrasiya ilə əlaqləndirməklə, daha əvvəlki əsrlərdə əlaqələrin mövcudluğunu sübut etməyə çalışmışdır. Bunun da tarixi əsası vardır. Səlib yürüşləri dövründə Kilikiya Erməni Krallığı və Fransa Krallığı arasında siyasi, iqtisadi və mədəni əlaqələr olmuşdur.

1375-ci ildə Kilikiya Erməni Krallığının süqutu ilə erməni kralı Leon V de Lusignan Fransaya mühacirət etmək məcburiyyətində qalmışdır. Qeyd etmək lazımdır ki, Kilikiya Erməni Krallığı Misir Məmlüklüləri tərəfindən məğlubiyyətə uğradılmış və erməni kralı Leon V de Lusignan Misirdə əsirlik həyatı yaşamağa məhkum olmuşdur. Misirdəki əsirlik həyatından sonra o Fransaya, Parisə mühacirət etmişdir. Leon V de Lusignan-nın həyatının son 7 ili Fransada mühacirətdə keçmiş və 1393-cü ildə o vəfat etmişdir. Leon V de Lusignan-ı Fransada Basilique Saint-Denis’də dəfn etmişlər, hansı ki, onun məzarı bu gün də ermənilər tərəfindən daha çox ziyarət olunur.

XVII-XVIII əsrlərdə ermənilərin Fransaya gəlişi və burada məskunlaşması ancaq erməni tacirlər arasında müşahidə edilir. Fransa kralı XIII Lüdovikin hakimiyyəti illərindən etibarən ermənilər Fransaya köç etmiş, məskunlaşmış və ticarətlə məşğul olmuşlar. Fransanın Şərq Dilləri Milli Məktəbinin – École Nationale des Langues Orientales professoru Frédéric Macler bu haqda yazırdı : “Ermənilər Şah Abbasın dövründə Fransaya gəlmişlər. XIII Lüdovik, naziri Kardinal Rişelyenin məktubu, məktubun patenti (la lettre patente) ona sübutdur. 1629-cu il noyabrın 28-də öz müraciətləri və Şah Abbasın müraciəti əsasında razılıq əldə olunmuşdur” [Frédéric Macler. La France et l’Arménie à Travers l’Art et l’Histoire. Paris : Imprimerie H. Turabian, 1917, p.18]. Qeyd etmək lazımdır ki, bu razılışma  erməni tacirlərinin Marselə gəlməsinə, Fransada ticarət etməsinə icazə verilirdi. Venetsiya arxivlərində bu tarix 1612-ci ildə olduğu qeyd edilib [yenə orada, s. 18]. Anton adlı bir ermənin və işçisi Lui Frejusun Fransaya gedişi və qayıdışını təsdiq edən 1646-cı ilə aid Fransanın Eks şəhərinin daxil olduğu vilayətdə (la province de la ville d’Aix) arxivlərdə bunu təsdiq edən məktubların patenti vardır. Qeyd etmək lazımdır ki, xüsusilə Şah Abbas dövründə Avropaya, Fransaya göndərilən tacirlər arasında erməni tacirləri üstünlük təşkil edirdi. Bununla bağlı Fransa arxivlərində sənədlər mövcuddur. Sənədlərdə erməni tacirləri haqqında məlumatlara rast gəlinir. Sənədlərin birində Xodca Panos adlı erməni tacirinin Fransanın Eks (Aix) şəhərində 1639-cu ildə vəfat etməsi haqqında məlumat var.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, ilk dəfə olaraq Kardinal Rişelye ermənilərin Marseldə məskunlaşması fikirini dəstəkləmişdir. Kardinal Mazarin XIV Lüdovikin yanında Marselin ticarətinə təkan vermək, inkişaf etdirilməsi üçün çox təkid edirdi. Elə bu məqsədlə o Fransada, xüsusilə Marsel şəhərində erməni koloniyasının (une colonie arménienne) yaradılması fikirini müdafiə edirdi.

“XVII əsrdə Marsel Levant ticarətinin əsas liman şəhərinə çevrilir. Yalnız şəhərin tacirləri üçün deyil, həm də bu ticarətdə Osmanlılar. Ermənilər və Yahudilər iştirak edirdilər” [Victor N. Zakharov, Gelina Harlaftis and Olga Katsiardi-Hering. Merchant Colonies in the Early Modern Period. London and New York, Routledge, 2016, pp. 72-73]. 1660-cı ildə kral XIV Lüdovikin fərmanı ilə Marseldə ermənilərin sayı artmağa başlamışdır. Fərmanın verilmə məqsədinin arxasında daha çox iqtisadi-ticari maraqlar dayanırdı. Faktiki olaraq bu fərmanın verilməsi, Fransanın Marsel kimi liman şəhərlərində erməni tacirlərinin, ermənilərin məskunlaşmağa başlaması Genuya və Livorna kimi italiyan şəhərlərinin ziyanına idi. Qeyd edilməlidir ki, bu fərman 1703 və 1706-cı illərdə yenidən yenilənmişdir. Ermənilərin tekstil, parça idxalında rolu, erməni tacirlərinin dəstəklənməsi və iqtisadi-ticari maraqlar da nəzərə alınaraq belə fərmanlar verilirdi.

XVII əsrin ikinci yarısından etibarən çoxlu erməni taciri Parisdə məskunlaşmağa başlayırlar. Sənədlərdə göstərilir ki, 1651-ci ildə Venetsiyadan ticarət üçün erməni Simonun oğlu Ağazar, qardaşı Avetik tərəfindən Fransaya göndərilir. Əsasən gələn erməni tacirlər Fransanın liman şəhəri Marseldə məskunlaşırdılar. 1669-cu ildə Marsel limanında erməni tacirlərinin fəaliyyəti nəticəsində ticarət canlanmışdı. Bunu nəzərə alaraq krallıqda erməni tacirlər vergilərdən azad edilmişdi. Beləliklə, artıq XVII əsrdən etibarən kiçik erməni icması Fransanın Paris, Marsel və Monpliyer kimi şəhərlərində yaranmağa və formalaşmağa başlamışdı.

Ermənilərin Fransada XVII əsrdə fəaliyyətləri təkcə iqtisadi-ticari deyildi. Mədəni, elmi fəaliyyət də nəzərə çarpmaqda idi. XVII əsrdə belə, fəaliyyətlərə rast gəlinir. “1633-cü ilə kimi Parisin krallıq mətbəəsində Milanlı rahib Francisco Rivola’nın erməni-latın dili lüğətini nəşr etmişdilər’’ [Claire Mouradian, Anouch Kunth. Les Arméniens en France. Du chaos à la reconnaissance. Toulouse : Éditions de l’attribut, 2010, p.12]. Faktiki olaraq ermənilər Marseldə XVII əsrdə milli mətbəələrini yaratmışdılar. Fransanın bir neçə şəhərində ermənilərin kafe, restoranları da ilk dəfə olaraq məhz bu dövrdə açılmışdı. 1654-cü ildə Marseldə ermənilərin ilk kafesi açılmışdı [yenə orada, s.12] və Parisdə, Sen-Jermendə (Saint-Germain) 1672-ci ildə ermənilərin ilk sərgisi keçirilmişdi.

Kral XIV Lüdovikin (1643-1715) ölümündən sonra XV Lüdovik (1715-1774) hakimiyyətə gəlir. XV Lüdovikin kral olması, hakimiyyətdə olduğu illərdə, xüsusilə, 1758-ci ildən ermənilər Avinyon (Avignon) şəhərinə köçməyə və orada məskunlaşmağa başlayırlar. Mənbələrə görə, Jean Althen adlı birisi Avinyona gəlib, orada məskunlaşan ilk erməni hesab olunur. Bu köç təkcə kral XV Lüdovik dövrünə deyil, XVI Lüdovikin (1775-1789) hakimiyyəti illərinə də təsadüf edir. XVI Lüdovik də sələfləri kimi erməni tacirlərə Fransada məskunlaşmağa və ticarət etməyə icazə verir. Məsələn, mənbələrə görə, 1778-ci ildə Karabet qardaşlarının və Ovanes Kivorkun XVI Lüdovikə müraciətlərindən sonra kral tərəfindən onlara Fransa ərazisində ticarət etməyə icazə verilmişdir.

İqtisadi-ticari əlaqələr, ermənilərin ticarətini genişləndirməsi XIX əsrdə də davam edir. Marsel XIX əsrdə də ermənilərin sıx yaşadığı. icma olaraq formalaşdığı Fransanın liman şəhərlərindən biri idi. Hətta Marsel bir erməni koloniyası (une colonie arménienne) hesab edilirdi. Ermənilər Fransada ticarətlərini genişləndirərək, naviqasiya, gəmiçilik şirkəti açmışdılar. Bu “Erməni-Mərakeş” şirkəti (“Compagnie Arméno-Marocaine”) adlanırdı. Şirkət öz gəmilərinin bəzilərinə hətta “Ermənistan” (Arménie) adı verirdi. Demək olar ki, “Erməni-Mərakeş” şirkətinə ermənilərin böyük sərmayəsi qoyulmuşdu.

 

xəritədə Fransa ermənilərinin yaşadıqları ərazilər

2 прикрепленных файла

 

 

Парвиз Паша оглу

28 мар. 2019 г., 22:39 (9 часов назад)
кому: я

“Kasperski Lab” ELİMİZƏ XOŞ GƏLİB! XOŞ GƏLİB?

Bir neçə gün bundan öncə milli KİV-də yayılmış xəbərə görə, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC informasiya təhlükəsizliyi sahəsində dünya liderlərindən biri sayılan “Kasperski Lab”ın rəsmi partnyoru olaraq kommersiya məqsədi ilə bazara daxil olur.

“Kasperski Lab” Azərbaycana gəldi…

Xəbərdə bildirlir ki, əməkdaşlığa əsasən, “AzInTelecom”un AZCLOUD bulud provayderi korporativ bulud infrastrukturunun, virtual mühit və fiziki serverlərin təhlükəsizliyinin qorunması üçün “Kaspersky Lab”ın həllərini əlverişli şərtlərlə korporativ müştərilərinə təklif edəcək. Dünya səviyyəsində tanınan bu həllər mərkəzləşdirilmiş idarəetmə, çevik lisenziyalaşdırma xüsusiyyətləri və infrastruktur xərclərinin tələb olunmaması kimi üstünlüklərə malikdir.

“Kasperksy Lab”ın statistik məlumatına əsasən, 2018-ci ildə Azərbaycanda 18,2% korporativ istifadəçi internetdə kibertəhlükələrlə qarşılaşıb. Sözügedən şirkətin təqdim etdiyi texnologiyalar dünyanın 400 milyondan çox istifadəçisinin və 270 min korporativ müştərinin informasiya təhlükəsizliyini təmin edir” – xəbərdə belə deyilir.

Əlbəttə, Azərbaycanın informasiya texnologiyaları sahəsində beynəlxalq əməkdaşlığı sevindirməyə bilməz. Amma bu strateji sahənin digər bir tərəfi də var. Bu da informasiya təhlükəsizliyi ilə bağlıdır. Çünki informasiya təhlükəsizliyi sahəsi müasir dövrdə milli təhlükəsizliyimizin prioritet sahələrindən biridir.

Hələ 2012-ci ildə AzərbaycanRespublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmışdır. Daha sonra “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamını da xatırlada bilərik. Hətta  Prezident İlham Əliyev fevralın 21-də  “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncamı imzalalmışdır. Göründüyü kimi Azərbaycan Respublikasında ən yüksək səviyyədə dövlətimizin informasiya təhlükəsizliyinə diqqət yetirilir.

“Kasperksy Lab”a gəldikdə isə, … Axı, bu kompaniyanın özü bir neçə ölkədən məhz informasiya sahəsində potensial təhlükə hesab edildiyindən çıxarılmışdır!!!

“Kasperski Lab”-ın müəmmalı dosyesi…

Bu beynəlxalq şirkət Rusiyada yaranıb. Onun yaranma tarixçəsi maraqlıdır. 1991-ci ildə şirkətin yaradıcısı Yevgeni Kasperski KAMİ Elmi-Texniki Mərkəzində AntiViral anti-virusunu tərtib edən qrupun rəhbəri olur. KAMİ Elmi-Texniki Mərkəzini isə, keçmiş SSRİ KQB-sinin Ali məktəbində 4-cü (texniki) fakültədə informasiya texnologiyalarından dərs deyən Aleksey Remizov 1989-cu ildə yaratmışdı. Hal-hazırda həmin fakültə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kriptoqrafiya, Rabitə və İnformatika İnstitutu adlanır.

Ən maraqlısı isə budur ki, Yevgeni Kasperski 1987-ci ildə həmin keçmiş SSRİ KQB-sinin Ali məktəbinin 4-cü (texniki) fakültəsini bitirmişdir və 1989-cu ildə müəllimi Aleksey Remizovun təşkil etdiyi KAMİ Elmi-Texniki Mərkəzində çalışacaqdı. 1989-cu ilədək isə, Y.Kasperski SSRİ Müdafiə Nazirliyinin çoxproflli elmi-tədqiqat İnstitutunda çalışır.

Beləliklə, 1997-ci ildə “Kaspersky Lab” şirkətini təsis edənədək Y.Kasperski keçmiş SSRİ-nin və sonra Rusiyanın xüsus xidmət və müdafiə sənayesi sistemində elektron təhlükəsizlik problemləri ilə məşğul olan elitar çevrəyə daxil idi.

Əlbəttə, yüksək bilikli alimlərin hansısa ölkələrdə, nə zamansa müdafiə və xüsusi xidmətlərin sıralarında çalışması gizli bir fakt deyil. Amma sonrakı faktlar hələ də həmin bağ və işbirliyinin qalmasını göstərə bilər. Biz burada əsas məsələyə çatdıq…

2015-ci ildə Ukrayna Nazirlər Kabineti Xüsusi Rabitə və informasiya təhlükəsizliyi Xidmətinə göstəriş verdi ki, dövlət hakimiyyəti orqanlarında “Kaspersky Lab” şirkətinin proqram təminatının əldə edilməsi, yenilənməsi və istifadəsini yasaq etsin. Ukrayna Milli təhlkəsizlik və müdafiə Şurası da Rusiya proqram təminatının ölkə ərazisində istifadəsini qadağan etdi.

Əlbəttə, Ukrayna hökumət strukturlarının bu qərarını Kiyev-Moskva qarşıdurması fonunda qarşılıqlı sanksiyalarla izah etmək olar.

Amma…

“Kaspersky Lab” şirkətinin innovativ mühafizə proqramlarından biri Kaspersky Security Network (KSN) sistemidir. Yəni, siz şəxsi kompüterinizə KSN-i qoşanda faktiki müqavilədə “razıyam” xanasına “quş” qoymaqla bu sistemin sizin kompüterinizin məlumat bazasını skanlamağa razılıq verirsiniz. KSN sizin kompüterinizi skan edəndə şübhələndiyi faylları “Kaspersky Lab” şirkətinin analitiklərinin daxil ola bildiyi “buluda” yollayır. Şirkət analitikləri də sizin fayllarınızla tanış olur. Yəni, bir var ki, anti-virus sizin komptda şübhəli fayl tapıb sizə məlumat verir, bir də var ki, anti-virus proqramı şübhəli bildiyi sizin fayllarınızın kopiyasını şirkətə yollayır. Sizin xəbəriniz olmasa belə, sizin xoşunuza gəlməsə belə… Axı, siz KSN-i kompüterinizə yükləyəndə “razıyam” xanasına “quş” qoymusunuz…

2015-ci ildə ABŞ KİV-lərində qalmaqallı məlumatlar yer aldı. Belə ki, Shadow Brokers adlı haker qrupu İranın nüvə texnologiyaları sahəsindəki kompüterlərində gizlənmiş Stuxnet adlı gizli kəşfiyyat və təxribat virusunun (“soxulcan” tipli) Equation Group adlı digər haker qrupu tərəfindən yaradıldığını bildirdi. Shadow Brokers qrupunun açıqladığı materiallarla tanış olan və ilk dəfə Equation Group haker qrupunun mövcudluğu barədə xəbər vermiş “Kaspersky Lab” açıqladığı məlumatda aşkar bildirirdi ki, Equation Group haker qrupu ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) ilə əlaqəlidir.

Beləliklə, ilk dəfə ABŞ xüsusi xidmətləri ilə əlaqəli olan Equation Group`unu “Kaspersky Lab” aşkar etmişdi. “Kaspersky Lab” bildirmişdi ki, İranın nüvə texnologiyalarının kompüter sistemini sıradan çıxarmış Stuxnet “soxulcan” virusunu Equation Group yaratmışdır.

Amma MTA-nın kompüter sistemini sındıraraq onun Equation Group ilə əlaqəsini ortaya çıxaran anonim Shadow Brokers haker qrupu oldu.

Belə olduqda, ABŞ KİV-i, xüsusilə Motherboard dərgisinin kompüter proqamları üzrə uzmanları belə bir nəticəni ortaya qoydular ki, ABŞ MTA-sının Equation Group`la əlaqəsini aşkarlamış Shadow Brokers qrupunun özü “Kaspersky Lab” vasitəsilə Rusiya kəşfiyyat ilə əlaqəlidir. Çünki ilk dəfə Shadow Brokers`in ifşaedici məlumatları “Yandeks.Disk”də qoyulmuşdu. Edvard Snouden də bildirdi ki, Shadow Brokers haker qrupunun Rusiya xüsusi xidmətləri tərəfindən yaradılmasını sübut etmək çətin olsa da, amma onların əlaqəsi danılmazdır. Motherboard dərgisinin kompüter proqamları üzrə ekspertləri bildirdilər ki, hər hansı bir haker qrupu ABŞ MTA-sının elektron bazasına müdaxilə etmək gücündə ola bilməz. Burada söhbət iri dövlətin nəhəng proqram təminatı şirkətinin analitik qrupundan gedə bilər. Birbaşa dərgi ekspertləri “Kaspersky Lab”a işarə edirdilər.

Sonrakı tədqiqatlar göstərdi ki, ABŞ MTA-sının yüksək çinli vəzifə sahibinin evindəki kompüterində həmin yuxarıda qeyd etdiyimiz KSN anti-vurusu varmış. “Kaspersky Lab”ın yaratdığı KSN anti-virusu da ABŞ yüksək vəzifəli məmurunun kompüterində dövlətin strateji məxfi məlumatlarını “Kaspersky Lab”ın analitiklərinə ötürüb. Bu məlumatların əksəriyyəti “gizli”, “tam məxfi” və “məxfi” sözləri ilə başlayır. Belə alındı ki, “Kaspersky Lab”ın yaratdığı KSN istənilən idarənin və şəxsin kompüterlərində nəinki virusları, həmçinin, ingiliscə və ya ayrı dillərdə “tam məxfi”, “məxfi” və ya “gizli” sözü işlənən (bəlkə başqa açar sözlər də ola bilər; ölkədən asılı olaraq) faylları da “Kaspersky Lab”a yollayır…

Beləliklə, ABŞ KİV-ləri və eksertləri belə bir nəticəyə gəldilər ki, əslində ABŞ MTA-sının Equation Group`la əlaqəsi, həmçinin, MTA-nın bazalarına daxil olmaq yolları barədə məlumata “Kaspersky Lab” yiyələnmişdi. Bu məlumatların sonradan Shadow Brokers haker qrupuna necə gedib çıxmasını bilmək üçün dərin təhlilə ehtiyac yoxdur…

2016-cı ilin oktyabrında “Kaspersky Lab” bu insedentlə bağlı daxili təhqiqatının nəticələrini dərc etdi. Açıqlamada “Kaspersky Lab” bildirirdi ki,  Equation Group öz virusları ilə məhz ilk dəfə onların sisteminə hücum etmişdir. Ola bilsin ki, bu qrupun “Kaspersky Lab”ın məhsullarına yeritdiyi viruslar belə təəssürat yaradır ki, guya məhz “Kaspersky Lab” kəşfiyyatçı və təxribatçı virusların yaradılması ilə məşğuldur. Amma bu belə deyil, çünki “Kaspersky Lab” heç bir zaman müştərilərinin kompüterlərində ziyanverici olmayan faylların “tam məxfidir” və ya “məxfi” açar sözləri ilə axtaran proqramlar yaratmayıb.

2017-ci ilin iyulunda Bloomberg analitik dərgisi anonim mənbədən aldığı məlumatları dərc etdi. Məxfi məlumatlardan aydın olur ki, sənədlər “Kaspersky Lab” şirkəti əməkdaşlarının daxili yazışmasıdır. Məlumatlara görə, “Kaspersky Lab” şirkəti Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə fəal əməkdaşlıqdadır. Həmçinin, yazışmadan belə nəticə alınır ki, “Kaspersky Lab” şirkəti əməkdaşları FTX ilə hakerlərin izlənməsi və həbsində birgə iştirak edir. Şirkətin FTX ilə əməkdaşlığını himayə edən, yəni, kurator — “Kaspersky Lab” şirkətinin təhlükəsizlik və hüquqi məsələlər üzrə məsul əməkdaşı İqor Çekunov idi.

Bundan sonra elə həmin ayda ABŞ dövlət strukturları “Kaspersky Lab” şirkətini dövlət orqanlarına texniki avadanlıq və informasiya məhsulları sata bilən təchizatçılar siyahısından çıxardılar. Yəni, 2017-ci ilin iyulundan ABŞ dövlət təsisatları “Kaspersky Lab” şirkətindən artıq heç bir məhsul almırlar.

2017-ci ilin sentyabrında ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin sərəncamı ilə ABŞ dövlət orqanları və müəssissələrinə “Kaspersky Lab” şirkətindən informasiya məhsulları almaq yasaq edildi. Səbəb kimi göstərilirdi ki, bu şirkətin məhsulları ABŞ dövlət orqanlarının kompüterlərindən dövlət əhəmiyyətli materialları Rusiya FTX-sına ötürə bilər.

2017-ci ilin oktyabrın 10-da ABŞ-ın aparıcı dərgiləri The New York Times, The Washington Post, The Wall Street Journal dərc etdikləri materiallarda bildirilirdi ki, “Kaspersky Lab”ın əməkdaşları ABŞ MTA-sının məxfi fayllarını ələ keçirmişlər. Bu məlumat, “Kaspersky Lab”ın şəbəkəsinə və yaddaş bazasına gizli daxil olmuş İsrail xüsusi xidmət orqanlarının hesabatlarından məlum olmuşdur. İsrailli xüsusi xidmət orqanlarının fikrincə “Kaspersky Lab”ın yaratdığı anti-viruslar personal kompüterlərdə faylları skan edərək, məxfi məlumatlar olan qovluqları ələ keçirə bilirlər.

Beləliklə, aydın oldu ki, 2016-cı ilin oktyabrında “Kaspersky Lab”ın daxili təhqiqatının nəticələrinə əsaslanaraq verdiyi açıqlama həqiqətə uyğun deyil, ictimaiyyəti aldatmaq məqsədini güdürmüş.

2017-ci ilin dekabrında prezident Tramp Daxili Təhlükəsizlik Nazirliyinin həmin sərəncamına qanun statusu verdi. “Kaspersky Lab” şirkəti şikayət məktubu ilə ABŞ federal məhkəməsinə müraciət etdi ki, ittihamlar əsassızdır. Məsələ hələ də məhkəmədədir. Həmçinin, elə 2017-ci ilin dekabrında “Kaspersky Lab” şirkətinin Vaşiqntondakı ofisi bağlandı.

Qonağı qarşılayaq, yoxsa yola salaq?

Əlbəttə, deyə bilərik ki, Azərbaycan nə ABŞ, Çin, Fransa və nə də hər hansı bir NATO ölkəsi deyil ki, “Kaspersky Lab” dövlətimizin sirlərinin ovuna çıxsın. Biz balaca dövlətik, həmçinin, Rusiyaya və NATO ölkələrinə də loyalıq.

Amma…

Biz erməni işğalları ilə üzləşmişik. Hər an da ya 2016-cı il aprel döyüşləri təkrarlana və ya uzun müddətli müharibə qızışa bilər. Azərbaycanın dövlət təsisatlarında  “Kaspersky Lab” şirkətinin “həlləri”nin (anti-virus proqramlarının və d.) ələ keçirdiyi materialları ermənilərə ötürə bilməzmi?

Axı, erməniləri bizim iqtisadi durumumuz, bank sistemimiz, dövlət yazışmaları, rəhbər vəzifə sahiblərimizin ailə durumu, maddi təminatı, ən əsası isə, hərbi tədbirlərimiz, istər silah-sursat, istər İsrail və Türkiyə ilə hərbi əməkdaşlığımız və d. barədə məlumatlar ciddi maraqlandırır. Onlar bu cür materialları əldə etmək üçün “Kaspersky Lab”ın xidmətlərindən istifadə etmək istəməzlər? Axı, “Kaspersky Lab” “beynəlxalq” brendi ilə işləsə də Rusiya ilə bağlıdır və göründüyü kimi Rusiya xüsusi xidmətləri ilə əlaqələri dərindir.

Rusiya isə, işğalçı erməniləri himayə edir.

Məsələn, martın 5-6-da Moskvada  “Lazarev klubu”nun növbəti yığıncağı keçirildi. Bu klubun təşəbbüskarı və təşkilatçısı olan Rusiya Dumasının MDB, Avrasiya inteqrasiyası və soydaşlarla iş üzrə komitə sədrinin müavini Konstantin Zatulin idi. Martın 5-6-da keçirilmiş həmin klubun tədbirinə işğal olunmuş torpaqlarımızda qurulmuş qondarma “arsaxın” nümayəndələri də dəvətli idilər. “Ümumi rəyə görə, 5 və daha sonra 2 rayonun Azərbaycana qaytarılması şərtilə “Arsax” müstəqil olmalıdır” — Zatulinin dediyinə görə — “Bakının ayrı əlacı yoxdur,  rayon müqabilində Arsaxın müstəqilliyini tanımalıdır”.

Düşmənimizin dostunun elektron informasiya proqramları şirkəti dostumuz ola bilərmi? Biləndə ki, Azərbaycanda “Kaspersky Lab”ın  həllərindən geniş istifadə edilir, istər evdə, istərsə də işdə, hansı ölkə hərbi, hərbi-sənaye və strateji iqtisadi sahədə bizlə əməkdaşlıq edəcək?

Qarxunlu