ERMƏNİ İŞĞALLARINA AVROPA DA RƏSMƏN ŞƏRİK OLDU

və ya batan “Rusiya” gəmisindən qaçan siçanlar

Əzəli Azərbaycan torpaqları üzərində qurulan qondarma “ermənistan” Avropa
Birliyi (AB) ilə noyabrın 24-də hərtərəfli və geniş əməkdaşlıq haqda saziş
imzalayıb. Şərq Tərəfdaşlığının Brüsseldə keçirilən beşinci sammiti zamanı
imzalanan sənədə əsasən, qondarma qurum islahatları davam etdirmək öhdəliyini
götürür, Avropa İttifaqı isə bu prosesə dəstək olmağa boyun olur.
Aydın məsələdir ki, Avropa Birliyi ilə sazişin imzalanması Moskvanın icazəsi ilə
baş tutub. Kreml öz quluna razılıq verməsə idi, İrəvan heç zaman bu sazişə
getməzdi. Əlbəttə, bu sazişin baş tutmasında Moskvadakı və eləcə də Qərbdəki
erməni lobbisinin ciddi fəaliyyəti göz önündədi. “Ermənistan” adlı ərazi üçün bu
saziş hava və su kimi lazım idi. Nə üçün?
BATAN “RUSİYA” GƏMİSİNDƏN QAÇAN SİÇANLAR
Ermənilərə bu saziş hava və su kimi lazım idi. Erməni siyasi dairələri anlayırlar ki,
Qərblə Rusiyanın qarşıdurması sonuncunun məğlubiyyət ilə bitəcək. 80-90- cı
illərdə SSRİ-nin dağılması Moskva və KQB tərəfindən planlı surətdə aparılırdı və
ermənilər əvvəlcədən bu planda Qərbi Azərbaycandan türklərin qovulması və
Qarabağ torpaqları ilə mükafatlandırılacaqlarını bilirdilər. Çünki Qorbaçov və
Yeltsin SSRİ-nin dağıdılma prosesini Vaşinqtonla koordinasiya edərək aparırdılar.
İndiki durumda, yəni Rusiya və Qərbin qarşıdurmasında erməni siyasi çevrələri
üçün perspektiv bir qədər dumanlıdır. Doğrudur, ermənipərəst Bəşər Əsədin və
ermənipərəst şiə rəhbərlərinin Suriyanın bir qismində hakimiyyətlərini saxlaması
ermənilərin bu ölkə üzrə mövqelərinə görə narahatlıqlarının qarşısını aldı. Amma
ABŞ-ın hədəfində növbədə ermənilərin dayağı olan İran, Livan və Hizbullahdır.
Bu geopolitik qüvvələrin zəifləməsi ermənilərin Yaxın Şərqdəki gücü üçün ciddi
təhlükədir.
Ermənilər üçün ən ciddi təhlükə Rusiya ilə Qərbin qarşıdurmasıdır. Ukrayna
məsələsi üzrə Qərblə Rusiyanın münaqişəsinin nə ilə nəticələnəcəyi ermənilər üçün
qaranlıqdır.
Beləliklə, ermənilər bu təhlükələri və riskləri nəzərə alıb, Qərblə daha ciddi,
xüsusilə, sazişlərlə möhkəmləndirilmiş əməkdaşlığa nail olmaq niyyətində idilər.
Göründüyü kimi, həm Rusiyadakı, həm də Qərbdəki diaspor lobbisi ilə buna nail
oldular. Erməni diasporları da adi qurumlar deyil. İstər Rusiya, istərsə də ABŞ-ın
və d. iri xristian dövlətlərin (Suriya misalında hətta müsəlman dövlətin) ən yüksək
siyasi elitaları ilə qohumluq əlaqələrinə malikdirlər.

Bu əməkdaşlıq “ermənistan” adlanan ərazi üçün ciddi imkanlar açır. Ermənilərin
bu ərazidə istehsalının və kənd təsərrüfatının Avropa standartlarına
yaxınlaşdırması, mallarının Avropa bazarına daxil olması, erməni gənclərinin
qabaqcıl elmi bilklərə yiyələnməsi, anti-Azərbaycan və anti-Türkiyə təbliğatlarının
daha da güclənməsi və s. üçün şanslar əldə edir.
Üstəlik, “ermənistan” ərazisi Rusiya üçün Qərblə əlaqələri bərpa və inkişaf
etdirmək üçün meydana çevrilir. Yəni, ermənilər Rusiya ilə Qərbin arasında əsas
körpü rolunu oynamağa şanslıdırlar və buradan özü üçün nəinki iqtisadi, həmçinin,
mühüm siyasi çıxarılar əldə edə bilər. Həmçinin, ermənilər özlərinin vasitəçi rolu
ilə ölü doğulmuş Avrasiya İqtisadi İttifaqının Qərblə münasibət qurmaq istəyən
üzvləri üçün də mühüm tərəfdaşa çevrilmək iddiasındadır.
Beləliklə, ermənilər artıq rəsmi şəkildə “iki stulda” oturmaq kimi niyyətlərinə nail
oldular. Üstəlik, onların bu diplomatik uğuru “Rusiya” adlı gəminin tezliklə
“Titanik”in aqibətini gözlədiyini göstərir. Gəmi batanda isə, birinci siçanlar aradan
çıxır, özü də erməni kimi siçovullar…
XRİSTİANPƏRƏST RUSİYA VƏ QƏRB
Nəyə görə Rusiya 2013-cü ildə Ukraynaya bu sazişi imzalamağa icazə vermədi,
amma “ermənistana” 2017-ci ildə bu razılığı bildirdi? Görünən budur ki, Rusiya
artıq həmin Rusiya deyil. Rusiya Ukraynadakı ağılsızlığını ikinci dəfə təkrar etmək
istəmir. Həm də Ukraynadan fərqli ermənilərin quyruğu rusun əlindədir. Ruslar
ermənilərə inanmır, amma onları idarə etmək üçün əllərində şantaj obyekti — hər
dəqiqə Azərbaycanın geri ala biləcəyi nəinki Qarabağ, hətta İrəvan və Göyçə var.
İkincisi, ruslar “ermənistan” adlı qondarma qurumun müstəqil olduğunu göstərmək
istəyir. Bunun üçün bir sıra oyunlardan (məsələn, Njdenin heykəlinin qoyulması)
tutmuş bu sazişin imzalanmasına qədər planların reallaşmasına razıdır.
Nəhayət, Moskva Qərblə körpüləri qurmaq niyyətindədir. Kreml özünün Cənubi
Qafqazdakı müstəmləkəsinin bu cür “körpü” rolunu oynamasına razıdır. Həm də
erməni lobbisinin Moskvadakı gücünü nəzərə almalıyıq.
Baş vermiş proseslərdə Qərbin, özələn də Avropa Birliyinin açıq-aşkar anti-türk,
anti-Azərbaycan mövqe sərgiləməsi təkzibedilməzdir. Azərbaycan torpaqlarını
işğal etmiş, “ermənistan” adlı ərazidə və işğal etdiyi Azərbaycan Respublikası
ərazisində Azərbaycan türklərinə qarşı soyqırım aparmış, oyuncaq “herbində”,
“himnində” və “konstitusiyasında” qonşu ölkənin – Türkiyənin ərazilərinə birbaşa
iddiaları nümayiş etdirən, yəni AB-nin prinsiplərinə zidd olan bir oyuncaq
“dövlətciklə” tərəfdaşlıq sazişi imzalamaq???

Rusiyanın “ermənistanı” MDB-yə, daha sonra Avrasiya Birliyinə qatması anlaşılan
idi. Çünki Qarabağ və ətraf torpaqlarımızı məhz Rusiya işğal etmişdi və işğalçını
da “strateji dost dövlət” kimi təqdim edirdi.
Avropa işğalçı dövlətlə bu cür sazişə gedirsə, deməli, artıq Azərbaycan
torpaqlarının işğalına şərikdir. Avropa Birliyi özünün anti-türk, anti-Azərbaycan
ampluasındadır…
BİZİ GÖZLƏYƏN TƏHLÜKƏLƏR
Azərbaycanın mənafeləri üçün “ermənistanın” Rusiya qaydalarının hökm sürdüyü
məkanda (MDB, Avrasiya Birliyi) qalması sərfəli idi. Bu zaman bizlə münasibətlər
Qərb üçün daha böyük önəm daşıyırdı. Amma indi ermənilər bizim bu diplomatik
üstünlüyümüzü deaktiv etməkdədirlər.
Unutmaq lazım deyil ki, Cənubi Qafqazda məhz erməniləri öz tərəflərinə keçirmək
uğrunda Qərblə Rusiya arasında mübarizə gedir. Çünki ermənilər mütəşəkkil
qüvvədir, bir nəfərin sərrast fikrinə görə, “ermənilər millət deyil, təşkilatdır”.
Ermənilər kimi dünyadakı bir çox qapılara açarı olan “təşkilat” üzərində idarə –
Cənubi Qafqazın bütünlüklə gələcəyini həll edir.
Sözsüz, “ermənistan” adlı ərazinin Avropa Birliyi ilə əməkdaşlıq sazişinin
imzalanmasının qarşısını Azərbaycan tərəfi ala bilərdi. Bu imzalanma ərəfəsində
Qarabağda qısa müddətli hərbi əməliyyatları fəallaşdırmaqla bunun qarşısını almaq
olardı. İmzalanma ərəfəsində “ermənistanı” Beynəlxalq Məhkəməyə verməklə də
bu prosesin qarşısını almaq mümkün idi. İndi isə artıq gecdir, daha iş işdən keçib…
Artıq Avropa ilə eyni səngərə keçmiş “ermənistan” həmin məkanda siyasi
manipulyasiyalar üçün geniş imkanlara sahib olur. AB-nin strukturlarının
Azərbaycan əleyhinə qərar və qanunlarının qəbul edilməsinin daha da
intensivləşməsi gözləniləndir. Bundan sonra “ermənistanın” blokadasının
zəiflədilməsi və ya təmamilə aradan qaldırılması üçün Azərbaycana, xüsusilə də,
Türkiyə və Gürcüstana Avropa Birliyi tərəfindən təzyiqlər artacaq.
Beləliklə, “ermənistanın” AB ilə bu sazişi imzalaması bizim üçün yalnız neqativ
nəticələrə malikdir. Biz AB məkanında fəallıq imkanlarımızda artıq bir neçə addım
gerilədik.
Ən azından, biz indi Rusiyadan müstəqil olmağımızda ermənilərdən geri
qalmadığımızı nümayiş etdirməliyik. Heç olmasa, başlanğıc üçün Bakıda 1918-ci il
Mart Soyqırımı qurbanları, 1920-ci il aprel işğalı qurbanlarının, sovet-kommunist
rejiminin repressiya qurbanlarının ruhları üçün möhtəşəm xatirə kompleksləri,
Nuru paşaya, Əbdürrəhman Fətəlibəyli-Düdənginskiyə nəhəng heykəllər qoyaq.

Njde kimi rəzil, yəni erməni ilə müqayisədə Ə. Fətəlibəyli-Düdənginski namus və
qeyrətin, milləti üçün fədakarlığın təcəssümüdür. Erməni isə, bütün dünyaya
göstərdi ki, Moskvanı saymadan Njdeyə heykəl qoymaq cürətindədir. AB il saziş
imzalamaqla bizdən də daha müstəqil olduğunu vurğulamağa çalışır.
Bakıda isə, 1918-ci il Mart Soyqırımı qurbanları, 1920-ci il aprel işğalı
qurbanlarının, sovet-kommunist rejiminin repressiya qurbanlarının ruhları üçün
möhtəşəm xatirə kompleksləri, Nuru paşaya, Əbdürrəhman Fətəlibəyli-
Düdənginskiyə heykəl ucaldılmır. Niyə?
Qarxunlu
“Millətçilik” qəzeti