Ekspertlər: “ABŞ-da defolt ola bilər”

ABŞ-da fəaliyyət göstərən iqtisadçı-ekspertlər ölkə hakimiyyətini bu ilin sentyabr ayında gözlənilən defolt təhlükəsi barədə xəbərdar edib.

Millətçilik.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

İkipartiyalı Siyasi Mərkəzin hazırladığı hesabatda qeyd olunur ki, ABŞ-da vergi daxilolmaları dövlət büdcəsinin xərclərindən azdır və çox güman ki, sentyabrın əvvəlində büdcədə problem yaranacaq. Mütəxəssislər Ağ evi dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı Konqresslə danışıqlara başlamağa çağırıblar.