Ekranlara yeni serial gəlir: “Bal ayı”

Yeni serial “Bal ayı” serialı çəkilişlərinə start verib. Bu barədə serialın rejissoru Alik Abbasov  “Millətçilik” qəzetinə açıqlamasında bildirib. Tammetrajlı serialın mövzusu əsasən real həyatda yaşanan müxtəlif  ailə problemlərindən götürülüb.

“Bal ayı” 148 seriyadan ibarət olmaqla, hər seriyanın 40-42 dəqiqəlik olacağı nəzərdə tutulur. Serialın ssenari müəllifi və quruluşçu rejissoru yazıçı, ssenarist Yeganə Kərimzadə, serialın rejissoru və baş rolun ifaçısı Alik Abbasovdur.

Artıq “Bal ayı”nın 4 seriyası çəkilib. 5-ci seriyanın çəkilişləri gedir. 21 nəfərlik aktyor heyəti ilə çəkilişlərinə davam edən serial komediya janrındadır. Yeni serialın telekanallarda yayımlanacağı nəzərdə tutulur. Onu da qeyd edək ki, serialın ssenarisi çəkiliş aparıldıqca yazılır. Bu da seriala maraqlılıq gətirən ayrıca faktordur.

Milletcilik.az