DÜŞMƏNİN SİLAHLANMASINA QARŞILIQLI CAVABIMIZ

“Nezavisimaya qazeta” Ermənistanın müdafiə naziri David Tonoyanın ötən həftə Moskvada apardığı danışıqlara dair siyasi baxımdan anqajə olunmuş və sifarişli xarakterli məqalə dərc edib.

MOSKVA TƏKRAR EDİR: ERMƏNİSTAN VƏ ERMƏNİLƏR MƏNLİKDİR!

Virtualaz.org xəbər verir ki, məqalədə Rusiyanın Ermənistanı “ən yeni və yüksək dəqiqlikli silahlarla”, o cümlədən SU-30SM qırıcıları ilə silahlandıraraq “rəqib üzərində üstünlüyünü təmin etməyə” imkan yaradacağı bildirilir. “Rəqib” dedikdə isə şübhəsiz ki, Azərbaycan nəzərdə tutulub.

Məqalədə bu üstüörtülü mesaj verilir ki, Ermənistanla Rusiya arasında Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra yaranmış problemlər artıq arxada qalıb və Moskva regiondakı müttəfiqini güzəştli kreditlər hesabına silahlandırmaqda davam edəcək.

Qəzetin yazdığına görə fevralın 7-9-da Moskvada keçirilmiş erməni-rus danışıqlarının əsas mövzusu iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafı və Ermənistan silahlı qüvvələrinin arsenalının “yüksək dəqiqlikli, ən yeni” silahlarla tamamlanması olub. David Tonoyan jurnalistlərə deyib ki, Yerevan Rusiyadan çoxfunksiyalı döyüş aviatexnikası almaq niyyətindədir. Onun sözlərinə görə, silahlı qüvvələrin manevrliliyi üçün qırıcı və bombardmançı aviasiyaya malik olmaq lazımdır.

Daha sonra qəzet Rusiyanın 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistanı necə silahlandırması haqda bəhs edir. Bildirilir ki, 2013-cü ildə tərəflər hərbi-texniki əməkdaşlıq haqda yeni müqavilə imzalayıblar və həmin müqavilə əsasında Ermənistana silahlar maksimal ucuz qiymətə satılıb. Üstəlik Rusiya ordusu üçün nəzərdə tutulan komplektləşmədə çatdırılıb. Ermənistana silahlar Rusiyadaxili qiymətlə satılmaqla yanaşı bu silahların ixracı üçün hər hansı rüsum da alınmayıb.

“Moskva tərəfindən maksimal ucuz qiymətə satılan silahlar Yerevana imkan yaradıb ki, son illər silah alınmasını sürətləndirən Azərbaycanın malik olduğu maliyyə üstünlüyünə qarşı tarazlıq yaratsın”-qəzet belə yazır.

Moskvaya səfəri zamanı David Tonoyan hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayevlə, “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezovla, habelə Cənub hərbi dairəsinin komandanı, general-polkovnik Aleksandr Dvornikovla da görüşüb.

Qəzet Rusiyanın Ermənistana yeni müasir silahlarla təchiz etməsini birbaşa Qarabağ münaqişəsi ilə əlaqələndirir. O cümlədən gələn il Ermənistana çatdırılması nəzərdə tutulan 4 Su-30SM qırıcısı hesabına (100 milyon dollarlıq güzəştli Rusiya krediti ilə alınır) Yerevanın hərbi baxımdan güclənəcəyi iddia edilir.

Və qeyd olunur ki, Münhendə bir neçə gün sonra keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında Azərbaycan və Ermənistan liderlərinin görüşü istisna deyil. Bildirilir ki, bəzi ekspertlər ölkələr arasında Qarabağa dair münasibətlərin “ağ vərəqdən” yeni inkişafını proqnozlaşdırırlar.

Hansı ki, Rusiya nəşri belə vəziyyətdə Ermənistana yüksək dəqiqlikli döyüş texnikasının verilməsini Moskva ilə Yerevan arasında yüksək səviyyəli münasibətlərin, müttəfiqliyin təsdiqi kimi qiymətləndirir.

Bu məlumatın təhlilindən bu nəticələr alınır:

1) XIX əsrdən başlayaraq Rusiya Cənubi Qafqazda azərbaycanlıların etnik təmizlənməsi və ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürməklə regionda öz forpostunu yaratmasına baxmayaraq ermənilərə etibar etmir və öz asılılığında saxlamaq üçün onları daim Türkiyəyə və Azərbaycana qarşı potensial hərbi təcavüzkar rolunda qalmağa nail olub. Ermənistana su qiymətinə SU-30SM qırıcıları verməklə onları Azərbaycana qarşı yeni təcavüzkarlığa rəvac verir.

2) Ermənilərə yüksək dəqiqliyə malik silah verməklə Moskva bütün dünyaya bildirir ki, ermənilərin hərbi cəhətdən güclənməsi və yeni Azərbaycan torpaqlarını işğal etməsinə şərait yaradır və bununla da, beynəlxalq erməni mafiyası Rusiyadan asılıdır.

Heç şübhəsiz ki, Rusiya ilə hərbi danışıqların nəticələrindən xəbərdar olan “ermənistan”ın baş dığası Paşinyan Azərbaycanla münasibətə mövqeyini daha da sərtləşdirdi.

 “Biz Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini görürük, lakin bu o demək deyil ki, Ermənistan müharibəyə hazır olmamalıdır”. Virtualaz.org “Aysor” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Məsələnin həlli üçün sülh atmosferinin bərqərar olması zəruridir. Bu gün regionda sülh atmosferi yoxdur”, – parlament deputatlarının suallarını cavablandıran N.Paşinyan bildirib.

Xalqların sülhə hazırlaşdırılması haqqında danışarkən N.Paşinyan qeyd edib: “Deyirlər xalqarı sülhə hazırlaşdırın, xalqı yox. Buna müvafiq olaraq, əgər bir ölkədə hökumət xalqını sülhə hazırlaşdırmırsa, digər ölkənin hökuməti də öz xalqını sülhə hazırlaşdıra bilməz. Biz vəziyyətdən çıxış edərək hərəkət edəcəyik”, – baş nazir N.Paşinyan bildirib.

Əlbəttə, indi bəzi şərhçilər bildirirlər ki, Rusiyanın bu addımı qarşıdakı Bakı-İrəvan danışıqları ərəfəsində təxribat idi. Başqa sözlə, qəzet belə mesaj verməyə çalışır ki, Qarabağa dair danışıqların yeni mərhələsi ərəfəsində Rusiya Ermənistanı hərbi baxımdan gücləndirmək xəttini tutub.

Əslində qarşıdakı Bakı-İrəvan danışıqlarının nəticəsini indidən də deyə bilərik: ermənilər işğal etdikləri torpaqları qaytarmayacaqlar!

Çünki danışıqlarda ermənilərin nə isə müstəqil qüvvə kimi çıxış etməsinə inanmaq sadəlöhvlükdür! Rusiyanın forpostu müstəqil ola bilməz!

Əslində bütün bu illər ərzində danışıqlar Bakı ilə Moskva arasında gedir! Moskva Yelsin dövründə və Putinin prezidentliyinin ilk illərində, yəni, ABŞ-dan və Qərbdən asılı olduğu dövrdə “erməni” adı ilə işğal etdiyi Qarabağı Azərbaycana qaytarmaq fikrində olmayıb. Çünki qorxurdu ki, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan tezliklə ABŞ-ın və Qərbin təsiri altına düşə bilər.

İndi isə, yəni Putin Rusiyasının Qərblə açıq qarşıdurmaya getdiyi bir zamanda Kreml işğal edilmiş Azərbaycan torpaqlarını geri qaytarmaq fikrini heç yaxın da buraxmayacaq! Ona görə də, hansısa politoloqun  “növbəti Bakı-İrəvan danışıqlarına” ümid bəsləməsi — ya özünü aldatmadı, ya da siyasi avamlığın göstəricisi!

AZƏRBAYCAN ÜÇÜN CİDDİ TƏHDİD

SU-30SM-lər yüksək manevrliyə malik çoxməqsədli qırıcı təyyarələrdir. Manevrliyinə görə bu qırıcı bütün mövcud Qərb analoqlarını geridə qoyur. Rus mühəndisləri əcnəbi texnologiyaları SU hərbi təyyarəsi bazası ilə sintez edərək buna nail olmuşlar.

SU-30SM-lər müasir və ya perspektivli düşmən təyyarələrini dəqiq vura biləcək hava döyüşü manevrinə malikdirlər. Həmçinin, düşmənin yerüstü mobil və stasionar hədəflərini vura bilirlər. SU-30SM-lər zərbə aviaqruplaşmalarını müşayət və mühafizə etməyə, düşmənin radioelektron mübarizə sistemlərini sıradan çıxarmağa və öz qrupuna daxil təyyarələrə hədəfləri göstərməyə qadirdir.

Qeyd edək ki, dördüncü nəsil bu təyyarələr əvvəllər Kremlin ermənilərə “yüklədiyi” köhnə sınıq-salxaq təyyarələr çeşidindən deyil. SU-30SM-nin ilk hazır modeli 2012-ci ildə sınaq uçuşu keçirib və 5 il ərzində onun xırda qüsurları aradan qaldırılıb. Bu çeşiddən olan qırıcı təyyarələr Azərbaycan üçün ciddi təhlükədir! Belə ki, işğal edilmiş torpaqlarımızda bu təyyarələrin yerləşdirilməsinə ermənilərin ehtiyacı yoxdur, elə “ermənistan” adlı Rusiyanın hərbi forpostundan göyə qalxan bu təyyarələr Azərbaycan ordusunun mövqeləri, elektron-radiolokasiya qurğuları, havadan müdafiə sistemləri və sözsüz ki, hərbi təyyarələri üçün ciddi təhdiddir.

ÇIXIŞ YOLU

Rusiya kimi superdövlətə meydan oxumaq ağılsızlıq olardı. Ona görə də mümkün formalaşan duruma rəğmən ən optimal iki yol var:

1) Azərbaycan İsraildən uçan hərbi qurğuları və yerüstü elektron obyektləri sıradan çıxara bilən “elektromaqnit impulsu” silahı (mərmi, raket və hərəkət edən stansiya formasında) əldə etməlidir. Bu növ silahın əsas prinsipi ondan ibarətdir ki, o, qısa və ya uzun müddətə güclü elektromaqnit dalğası buraxır. Nəticədə, düşmənin elektrik cərəyanı ilə işləyən yerüstü və hətta yeraltı hərbi və mülki bütün cihazları, o cümlədən, elektron avadanlığı sıradan çıxır. Yerdən raket qurğusu ilə göyə buraxılmış və düşmənin təyyarəsinə yaxın məsafədə işə düşən elektromaqnit bombası düşmən hərbi təyyarəsinin bütün elektron sistemini sıradan çıxararaq onu yerə yuvarlanan “dəmir tabuta” çevirir.

Bu növ silah ilk dəfə 1991-сi il yanvarın 17-də Səddam qoşunlarına qarşı hücuma başlamış ABŞ ordusu tərəfindən işlədildi. Elektromaqnit impulsunun (görünür, özüyeriyən stansiyadan buraxılmışdır) zərbəsi ilə Səddam ordusunun cəbhə bölgəsindəki işlək tankları, nəqliyyatı, radiolokasiya stansiyaları və bütün elektron qurğuları sıradan çıxdı. İmpulsun gücü o qədər böyük idi ki, Türkiyədə və hətta keçmiş SSRİ-nin Gürcüstandakı və “ermənistandakı” hərbi və mülki elektrik cərəyanı qovşağları və sistemləri bunu hiss etdilər.

Bu növ silahı yalnız güclü elmi mütəxəssisləri və bahalı texnologiyaları olan ölkələr yarada bilər; bunlar sırasında yalnız ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və İsraili göstərmək olar.

2) Ermənilərin SU-30SM-ləri Rusiyadan almasına, lazımi texniki təminatı və kommunikasiyaları yaratmasına və artıq Azərbaycana qarşı işlətməsinədək ən çoxu bir-iki il vaxt keçəcək. Nə qədər ki, ermənilər tam bu silahla təchiz edilməyib, Azərbaycan işğal edilmiş ərazilərimizi “ermənistana” gündə onlarla və yüzlərlə erməni quldurunun ölü cəmdəyini göndərən “dığa məzarlığına” çevirməlidir. Əks halda, ermənilər nəinki danışıqlarda daha kəskin mövqe tutacaqlar, hətta hərbi qüvvə balansında öz xeyirlərinə ciddi irəliləyiş edə bilərlər.

Qarxunlu

 “Millətçilik” qəzeti