Dünyada koronavirus qurbanlarının sayı 369 minə çatır

COVID-19 pandemiyası ərzində dünyada 6 milyondan çox insan koronavirusla bağlı analizlərin müsbət nəticəsinı alıb.

Bu barədə Millətçilik.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, təhlükəli virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 6 096 799 təşkil edir.

Bundan başqa, dünyada 368 871 pasiyent infeksiyanın qurbanı olub. Bu halda 2 702 383 nəfər xəstəlikdən sağalıb.

Hazırda aktiv yoluxma hallarının sayı 3 025 545 nəfərdir. Xəstələrin 53 500-ü ağır vəziyyətdədir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.