DÜNYA ERMƏNİ MAFIYASININ BOSLARI-FOTOLAR

Dünya ermənilərinin “dərin dövlət”inin başında sözsüz ki, millətçi ruha, qabaqcıl dünyagörüşə, yüksək təhsilə və ən əsası, nəhəng maliyyəyə sahib olan ermənilər dururlar.

Qondarma “soyqırmın” dünyada tanıdılması, Azərbaycan torpaqlarının işğalı və azərbaycanlıların kütləvi qətlinin gerçəkləşməsini və erməni lobbisinin daim güclənməsini maliyyələşdirən ümumdünya erməni “dərin dövlət”inin 10 əsas şəxsini oxucularımıza təqdim edirik:

(əvvəli ötən sayımızda)

6. Vaçe Manukyan (Böyük Britaniya) – Dərman preparatları və biotexnologiyalar istehsalı ilə məşğul olan “MARS” holdinqinin banisi və prezidenti. Livan ermənisi olan Vaçe Manukyan uzun müddət müsəlman Bruney şahzadəsinin etibar etdiyi şəxs olub. İngiltərəyə köçdükdən sonra o, “HSBC” bankının baş direktorunun müşaviri olub. 2002-c ildə o, “Big Ben” yaxınlığında və Londonda mərkəzində yerləşən “Adelfi” otelinin sahibi olub. Vaçe Manukyan və arvadı “Vaçe və Tamar Manukyan” xeyriyyə fondunun yaradıcısıdırlar.

Fondun vəsaiti hesabına Londonda yerləşən “Müqəddəs Yeqişe” erməni kilsəsi təmir olunub. Manukyan ermənilərin Böyük Britaniyada bir çox mədəni layihələrini dəstəkləyir, “qədim ermənistan” tarixi barədə kitabların nəşr olunmasına sponsorluq edir. Manukyan “ermənistanda” yerləşən tibbi kardioloji mərkəzin sponsorlarından biridir. O, həmçinin erməni tələbələrin Harvard və Oksford universitetlərində təhsil almasına da sponsorluq edir. Onun “ermənistana” yatırdığı 65 milyon dollar hesabına bu qondarma qurumda 2000 erməni dığası iş tapıb. “Erməni olmaq özünü qurban vermək deməkdir. Kimin pulu varsa, pul ilə, kimin vaxtı varsa, vaxtı ilə millətinə kömək etməlidir” – deyə o, bildirmişdir.

7. Serj Çuruk (əsl soyadı – Çürükdişyan, Fransa) – Beynəlxalq telekommunikasiya nəhəngi olan “Alcatel” şirkətinin icraçı direktoru. Ümumiyyətlə, “Alcatel” şirkətinin kökündə duran Compagnie Générale d’Electricité (CGE) şirkəti Fransada “ermənilərin şirkəti” kimi tanınırdı. CGE-ni 1898-ci ildə erməni mühəndisi Pyer Azariyan yaradıb. 2006-cı ildə “Alcatel” ABŞ-ın Lucent Technologies şirkətilə birləşərək “Alcatel-Lucent” şirkətini yaradır. 1980-1986-ci illərdə kimyəvi-əczaçılıq sahəsində fəaliyyət göstərən beynəlxalq “Rhone-Poulenc” şirkətində rəhbər vəzifələrdə çalışıb. 1986-1990-ci illərdə “Orkem” kimyəvi şirkətinin sədri və icraçı direktoru işləyib. 1990-1995-ci illərdə neft sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Total” şirkətinin sədri və icraçı direktoru işləyib.
Çuruk Fransada olan erməni diasporunun ən fəal nümayəndələrindən biridir. Çürük hər il ümumerməni fondu olan “Hayastan” fondunun hesabına külli miqdarda maliyyə ayırır.

8. Sarkis İzmirliyan (Baham adaları) – Baham adalarında yerləşən Karib hövzəsi ölkələri tarixində ən böyük kurort olan “Baha Mar”ın banisi və prezidentidir. İzmirliyan ailəsi ABŞ (Florida ştatı), Fransa və Yaponiyada tikinti şirkətləri şəbəkəsini idarə edir. Ailənin başçısı Diqran İzmirliyan dünyada yerfindığı ticarətinə nəzarət edir. 2005-ci ildə Sarkis İzmirliyan Böyük Britaniyada daşınmaz əmlak tikintisi ilə məşğul olmağa başlayıb. Onun şirkəti London meriyasının da yerləşdiyi 13 akr torpağın sahibidir.

Hər il hər il ümumerməni “Hayastan” fondu hesabına vəsait ayırır.

9. Vartan Sarmakeş (İsveçrə) – Elit və brend saatların istehsalı üzrə “Franck Muller” beynəlxalq təşkilatının icraçı direktoru. Hazırda Vartan Sarmakeşin 7 brendi var və İsveçrədə 14 istehsal bölməsinə rəhbərlik edir. O, “ArmSwissBank”-ın prezidentidir.

Hər il Sarmakeş İsveçrədə olan erməni diasporunun fəaliyyəti üçün külli miqdarda vəsait ayırır. Hazırda “ermənistan”da “Franck Muller” şirkətinin rəsmi nümayəndəliyi var. Sarmakeş uzun müddət “Ararat” klubunun sahibi olub və “ermənistan” futbolunun inkişafına vəsait ayırıb. Erməni prezidentinin sərəncamı ilə Sarmakeş “ermənistan respublika”sının Fransadakı baş konsulu təyin edilib.

10.Levon Ayrapetyan (Rusiya) – “Sobesednik” Nəşriyyat Evinin direktorlar şurasının sədri. Postsovet məkanında ən nüfuzlu erməni mafiozlarındandır. Onun maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ”da 700 cütlüyün eyni zamanda toyu keçirilib. O, “Dağlıq Qarabağ”da yaşayan gənc ailələrə yardım edən fondun əsasını qoyub. Belə ki, ailədə ilk uşaq doğulanda 2000, ikinci uşağa – 3000, üçüncü uşağa 5000, dördüncü uşağa görə isə 10 000 ABŞ dolları ödənilir. Ümumilikdə erməni iş adamı “Dağlıq Qarabağ”ın inkişafına 3 milyon dollar vəsait ayırıb.

ABŞ-ın keçmiş prezidenti Obama, Rusiya xarici işlər naziri K.Lavrovla, erməni canisi Zori Balayanla və d. şəxsi dostluğu olan L. Ayrapetiyan bir sıra cinayətlərdə: korrupsiya, rüşvətxorluq, rüşvət vasitəçisi, dələduzluq, saxtakarlıq, külli miqdarda maliyyənin mənimsənilməsi və s. ittiham olunaraq bu ilin iyulunda Moskvada həbs edilmişdi. Oktyabrda isə, ev dustaqlığına buraxılaraq istintaq altında qalmışdır.

Sevda Elay (Əsgərova)