DGK: Bəzi KİV-lər həqiqətə uyğun olmayan məlumatlar yayır

Dövlət Gömrük Komitəsi bəzi kütləvi informasiya vasitələrində xaricdən ölkə ərazisinə gələn yük nəqliyyat vasitələrindən gömrük orqanlarının gömrük vergi və rüsumlarından əlavə qeyri-qanuni rüsumlar tələb etdiyinə dair yayılan məlumatlara aydınlıq gətirib.

Komitədən “APA-Economics”ə verilən xəbərə görə, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Yayılan məlumatda o da bildirilir ki, guya bəzi sahibkar və sürücülər tələb olunan vəsaiti verməkdən imtina etdikləri üçün onlara aid nəqliyyat vasitələri sərhəd-gömrük keçid məntəqələrindən buraxılmayıb və bu da məntəqələrin qarşısında sıxlığın yaranmasına səbəb olub.