DGK: Azərbaycan Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmaq niyyətindədir

“Azərbaycan Avropa ölkələri arasında məlumat dövriyyəsini təmin edən sisteminə qoşulmaq niyyətindədir”.

Azərbaycan Avropa ölkələri arasında məlumat dövriyyəsini təmin edən NCTS (The New Computerised Transit System) sisteminə qoşulmaq niyyətindədir.

Milletcilik.az-ın məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, bu sistemə qoşulmaq üçün əvvəlcə iki konvensiyaya qoşulmaq lazımdır: “Artıq ötən ilin dekabrından biz müşahidəçi statusunda bu sistemə qəbul edilmişik. Bu gün və sabah bizim xüsusi nümayəndəmiz xüsusi iclasda iştirak edəcək”.

Qeyd edək ki, hazırda Avropa regionunda yüklərin vahid tranzit proseduru altında daşınması üzrə norma və tələbləri müəyyən edən, Avropa İttifaqı (Aİ) üzv dövlətləri, eləcə də İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn, Türkiyə, Makedoniya və Serbiyanın da üzvü olduğu Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (New Computerized Transit System – NCTS) beynəlxalq daşımalar zamanı vahid inzibati sənəd və vahid gömrük zəmanəti altında yüklərin daşınması üçün tətbiq olunur.