Deputat: “Əlillik dərəcəsinin verilməsi ilə bağlı problemlər var”

“Yerlərdə əlillik dərəcəsinin verilməsi ilə bağlı problemlər var”.

Millətçilik.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu kimi amillər vətəndaşları dövlətdən narazı salır:

“Özünəməşğulluq proqramı çərçivəsində yerlərdə də müəyyən problemlər qalır. Bu kimi laqeydliyin aradan qaldırılmaısnın vaxtı çatıb. Vətəndaşlarımız dövlətin onlara yaratdığı imkanlardan istifadə etməlidir”.

Şövkət Hüseyinova