DÇ-2018: son 1/4 finalçılar məlum olur

Bu gün Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsinə iki oyun ilə yekun vurulacaq.

Millətçilik.az xəbər verir ki, günün ilk görüşündə İsveç və İsveçrə yığmaları üz-üzə gələcək. Saat 18:00-da “Sankt-Peterburq Arena”da keçiriləcək matçın baş hakimi sloveniyalı Damin Skomina olacaq.

Günün digər oyununda isə İngiltərə və Kolumbiya yığmaları qarşılaşacaq. Saat 22:00-da başlayacaq qarşılaşmanı amerikalı referi Mark Qeyqer idarə edəcək. Matç Moskvadakı “Spartak” stadionunda keçiriləcək.