Daha 250-yə yaxın azərbaycanlı Gürcüstandan təxliyə olunub

Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşı və soydaşlarımızın növbəti təxliyə prosesi yekunlaşdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, 250-yə yaxın şəxs 4 avtobusla Tbilisidən Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.

Onların Azərbaycan ərazisinə növbəli şəkildə daxil olması təmin edilib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, vətəndaş və soydaşların Vətənə çatdırılmasının təlimata uyğun davam etdirilməsi nəzərdə tutulub.

09:03

Gürcüstanı pandemiyaya görə tərk edə bilməyən 150-yə yaxın Azərbaycan vətəndaşının Vətənə təxliyə prosesi başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, vətəndaşlarla yanaşı, təxminən, 100 nəfər soydaşımız da Azərbaycana çatdırılacaq.

Onların arasında 8 Rusiya və 1 Türkiyə vətəndaşı da var.

Təxliyə olunan şəxslərin koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Hazırda onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır. COVID-19 arayışı veriləndən sonra təxliyə olunanlar səfirliyin təşkilatçılığı ilə saat 10:00-da 4 avtobusla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Azərbaycan ərazisinə daxil olan kimi həmin şəxslərin yaşadıqları yerə çatmaq üçün birgünlük icazələri olacaq.