Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Britaniya səfiri ilə görüşüb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Böyük Britaniyanın Bakıdakı səfiri Karol Krofts ilə görüşüb.

“Report” xəbər verir ki, bunu icma rəhbəri bildirib.

“Görüş zamanı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının işğal olunmuş ərazilərimiz azad edildikdən dərhal sonra geri dönmək əzmində olduğunu səfirin diqqətinə çatdırdım. Eyni zamanda Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə konstruktiv dialoqa hazır olduğumuzu və bu məqsədlə təmaslar qurulmasının tərəfdarı olduğumuzu qeyd etdim”, -deyə T.Gəncəliyev vurğulayıb.