Dəməşq aeroportuna hava hücumunun qarşısı alınıb

Suriyanın hava hücumundan müdafiə sistemləri paytaxt Dəməşqin hava limanı ərazisinə edilən hücumu dəf edib.

Millətçilik.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

“Hava hücumundan müdafiə sistemlərimiz Dəməşq beynəlxalq hava limanı ərazisində, paytaxtın cənubunda yerləşən bir neçə hədəfə hücumun qarşısını alıb”, – deyə “Ikhbariya” kanalı məlumat verib.

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyikoalisiya qüvvələri Suriyanın Hacin şəhərini bombalayıb.