Dəllər-Zəyəm mənzilində baş vermis bədbəxt hadisə ilə bağlı açıqlama

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Millətçilik.az-a verilən məlumata görə,Şəmkir rayon Sabirkənd kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Zakir qızı Orucova Dəllər-Zəyəm mənzilinin 137-ci kilometrində hərəkət edən yük qatarı yaxınlaşarkən relslərin üzərinə çıxıb

Dekabrın 12-si, saat 19:20-də Dəllər-Zəyəm mənzilində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Şəmkir rayon Sabirkənd kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Zakir qızı Orucova Dəllər-Zəyəm mənzilinin 137-ci kilometrində hərəkət edən yük qatarı yaxınlaşarkən relslərin üzərinə çıxıb.

Hadisə yerinə dərhal təcili yardım çağrılıb və ağır bədən xəsarətləri alan X. Orucova Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.

Qatar saat 19:50-də təyinatı üzrə yola salınıb.

Hadisə yerində aidiyyəti üzrə araşdırma aparılır.