COVİD-19 PANDEMİYASI VƏ QARABAĞIMIZ

COVİD-19 koronavirusu pandemiyası Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində münbit şərait yarada bilərmi? Bu sual indiki dövrdə olduqca aktualdır. Belə ki, pandemiya qarşıdurma tərəflərinin iqtisadiyyatına və əhalinin sağlamlığına ciddi təhdidlər törətmək iqtidarındadır. Bunun qarşısını almaq üçün dövlətin başında duran hakimiyyətin operativ tədbirlərinin, malik olduğu maliyyə, elmi və səhiyyə potensialına əsaslanaraq attdığı addımların kompleksi nəzərə alınmalıdır.

Azərbaycanın və “ermənistan” adlı Rusiya hərbi forpostunun  COVİD-19 koronavirusu pandemiyası ilə əlaqədar həyata keçirdiyi tədbirlərin və potensial imkanlarını müqayisə edə bilərik:

 

 AZƏRBAYCAN ERMƏNİSTAN
1 Əhalisinin sayı: 10 milyon 140 min Əhalisinin sayı: 2 milyon 961 min 532
2 Cəmi yoluxma sayı: 7.876 Cəmi yoluxma sayı: 13.325
3 Sağalanların sayı: 4.377 Sağalanların sayı: 4.099
4 Müalicəsi davam edənlərin sayı: 2.707 Müalicəsi davam edənlərin sayı: 8.052
5 Vəfat edənlərin ümumi sayı: 93 Vəfat edənlərin ümumi sayı: 211
6 Ümumi test sayı: 343.391 Ümumi test sayı: 70.000
7 Son gündə yoluxma sayı: 323 Son gündə yoluxma sayı: 596
8 Pandemiyaya qarşı ümumi xərclər: 3,5 milyard  manat Pandemiyaya qarşı ümumi xərclər: 300 milyon dollar
9 Bir xəstəyə günlük xərclənən pul: 50

manat/yüngül xəstəyə, 150 manat/ağır

xəstəyə

Bir xəstəyə günlük xərclənən pul: bilinmir
10 Azərbaycana edilən yardım:

ABŞ – 5,3 milyon dollar.

Avropa Birliyi -14 milyon avro

Türkiyə – humanitar yardım

Çin – tibbi-texniki yardım

Ermənistana edilən yardım:

ABŞ-5,4 milyon dollar. Rusiya-texniki yardım

Çin – tibbi-texniki yardımı

Avropa Birliyi – 92 milyon avro

Bolqarıstan – humanitar yardım

Gürcüstan – tibbi yardım

İran – yük daşımaçılığında

Litva – humanitar yardım

11 Azərbaycanın etdiyi yardım:

ÜST – 10 milyon dollar (1)

İrana – 5 milyon dollar

Çin, İran, İtaliya, Macarıstan, Özbəkistan,

Bosniya və Herseqovina, Xorvatiya,

Qırğızıstan, Pakistan, Moldova (2) olmaqla

cəmi 30 ölkəyə yardım edib. (3)

Ermənistanın etdiyi yardım: edilməyib
12 Pandemiya dövründə Azərbaycanda

abonentlərin elektrik və qazının

kəsilməsi:   olmayıb

Pandemiya dövründə Ermənistanda abonentlərin elektrik və qazının kəsilməsi: 4300 abonentin elektrik enerjisi, 736 abonentin təbii qazı kəsilib (4)
13 Xəstəxanaların sayı: 570 Xəstəxanaların sayı: 130
14 Ambulatoriya-poliklinika müəssisələrinin sayı: 1726 Ambulatoriya-poliklinika müəssisələrinin sayı: 504
15 Çarpayı sayı: 44 min 45 ədəd Çarpayı sayı: 12153
16 On min nəfərə düşən çarpayı sayı: 44 On min nəfərə düşən çarpayı sayı: 41
17 İnfeksion xəstələr üçün çarpayı: 2541 İnfeksion xəstələr üçün çarpayı: 624
18 Həkimlərin sayı: 31800 Həkimlərin sayı: 13591
19 On min nəfərə düşən həkim sayı: 32 On min nəfərə düşən həkim sayı: 45
20 Orta tibb işçisilərin sayı: 55,9 min Orta tibb işçisilərin sayı: 18649
21 On min nəfərə düşən orta tibb işçisi: 54 On min nəfərə düşən orta tibb işçisi: 42

 

İSTİNADLAR:

(1) https://525.az/site/?name=xeber&news_id=141166#gsc.tab=0

(2) https://sputnik.az/azerbaijan/20200513/423922793/azerbaycan-koronavirus-yardim-olke.html

(3) https://www.baki-xeber.com/siyaset/102790.html

(4) https://www.kavkaz-uzel.eu/articles/349016

İşğalçı qurumun mətbuatı xəbər verir ki, səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoqosyan feysbuk səhifəsində bildirib ki, ölkədə koronavirusun test edilməsi üçün istifadə edilən test çubuqları çatışmazlığı yaşanır. Pandemiyanın sürətlə yayıldığı bu mərhələdə ən sadə tibbi ləvazimat olan test çubuqlarının olmaması diqqətə alınarsa, xəstəliyə qarşi daha səmərəli mübarizə aparmaq üçün müasir tibbi avadanlıqlarla bağlı vəziyyəti təsəvvür etmək mümkündür.

İşğalçı qurumda koronavirus pandemiyasının geniş yayıldığı dövrdə tətbiq edilən məhdudiyyətlərə görə ölkə iqtisadiyyatının iflic vəziyyətinə düşəcəyi ehtimalı daha da artır və ekspertlər bu barədə fikirlərini bildirirlər.

Məsələn, “ermənistanın” sabiq İqtisadiyyat naziri Armen Yeqizaryan hesab edir ki, komendatura yenidən 14 günlük karantin elan edərsə, ölkə iqtisadiyyatı 700 milyon dollar itirəcək və böyük bir ehtimalla bu zaman iqtisadiyyatın yenidən canlanması ciddi problem olaraq hökumətin qarşısına çıxacaq. Sabiq nazir bildirir ki, artıq ölkədə koronavirusa yoluxanların sayı o qədər artıb ki, alınan karantin tədbirləri belə arzu edilən nəticəni verməyəcək. Yeqizaryanın sözlərinə görə, son aylarda hökumətin tətbiq etdiyi anti- böhran proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermir-onların sosial-iqtisadi problemlərini həll etmir. Ölkə hər gün təxminən 51 milyon dollar zərərlə işləyir və bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca ciddi rəqəmdir. Yenidən iki həftəlik karantin tədbirləri alınarsa və pandemiyanın qarşısı alınmadığı təqdirdə karantin uzadılarsa, ölkənin zərəri ikiyə qatlanacaq-yəni 1milyard 400 milyon dollar olacaq-deyə Yeqizaryan bildirib.

 

“ERMƏNİSTAN” ADLI FORPOSTDA COVİD-19 İLƏ BAĞLI SOSİAL GƏRGİNLİK

“Ermənistan” adlı forpostun daxilində COVİD-19 koronavirusu pandemiyası ilə bağlı yaranmış sosial gərginliklə əlaqədar gedən prosesləri belə təsnif edə bilərik ki, baş nazir Paşinyan öz üzərindən cavabdehliyi hökumət üzvlərinin, hansısa bir təxribatçı müxalifətin və  ya elə ermənilərin üzərinə yükləmək niyyətindədir. Digər tərəfdən, müxalifət və KİV pandemiya ilə əlaqədar forpostda gündən günə ağırlaşan duruma görə, Paşinyanı ittiham etməkdədirlər. Müxalifət və KİV-lər pandemiya ilə bağlı Paşinyana ünvanladıqları ittihamları belə çeşidləyə bilərik:

1) Böyük bir ehtimalla yaxın gələcəkdə Paşinyan siyasi məsuliyyəti Baş nazirin müavini Tiqran Avinyana və Səhiyyə naziri Arsen Torosyana yükləyəcək;

2) Mart və aprel aylarında qonşu ölkələr pandemiyaya qarşı tədbirlər alarkən Paşinyanın başı siyasi rəqibi Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı vəzifəsindən uzaqlaşdırmaq üçün konstitusiya referendumu keçirməyə qarışmışdı.

3) Paşinyan koronavirusa qarşı “Koronavirus kimin itidir?,” “Maska taxmağa ehtiyac yoxdur,” kimi məsuliyyətsiz ifadələr istifadə edirdi;

4) Virus səbəbilə ölənlərin məsuliyyəti vaxtında ciddi tədbirlər almadığı üçün birbaşa Paşinyan daşıyır.

“ERMƏNİSTAN” ADLI FORPOSTDA ARTAN AZƏRBAYCAN XOFU

1993-1996-cı illərdə Baş nazir olmuş Hrant Baqratyan Ermənistanda koronavirusun geniş yayıldığı dövrdə televiziya kanallarının birində verdiyi müsahibədə belə deyib: “Mən Əliyevin yerində olsam 3-4 ay sonra Ermənistan və Qarabağa hücum edərəm.” Bu ifadə erməni ictimai rəyində ciddi narazılığa səbəb olub. Aparıcının “Siz faktiki olaraq Azərbaycan ilə müharibədən danışırsınız?” sualına cavab verən Baqratyan koronavirus səbəbi ilə ölkənin zəiflədiyini, bu səbəblə də Azərbaycanın sadəcə Qarabağa deyil, Ermənistana da hücum edə biləcəyini bildirib. Baqratyan bu ifadəsindən sonra təhdidlər alır, bəzi “vətənpərvərlər” onu ölümlə hədələyir.

Baqratyanın bu sözləri pandemiyanın geniş yayıldığı mərhələdə hökumətin uğursuzluqlarını ört-basdır eləmək üçün gündəmi dəyişmə ehtimalı olsa da, Azərbaycanı müharibəyə başlamaq istəyən tərəf kimi göstərmək istəməsi də ola bilər.

ERMƏNİLƏRİN QARABAĞIMIZDA YENİ OYUN PLANLARI

İnternetin ermənidilli seqmentindəki sosial şəbəkələrdə gedən müzakirələrin təhlilindən belə bir fikir hasil olur ki, beynəlxalq erməni mafiyası “Azərbaycan və Türkiyə tərəfindən blokadada olan ermənistan və arsaxda xristian əhali pandemiya girovuna çevrilib” – kimi saxta şüarla çoxməqsədli qarayaxma kampaniyasına start verməyə hazırlaşır. Əsas məqsədlər: 1) Qərb və ümumiyyətlə dünya ictimaiyyətinə belə bir yalan çatıdırılsın ki, müsəlman ölkələri olan Azərbaycan və Türkiyə “zavallı ermənistan və arsaxda xristian əhalisini pandemiya ilə soyqırıma düçar edir”; 2) “ermənistana və arsaxa” beynəlxalq təşkilat və dövlətlərdən yardımın alınması; 3) Xocalı aeroportunun xarici təzyiq altında “arsaxlılara humanitar yardım” üçün açılması; 4) işğal altında olan torpaqlarımızın Azərbaycanın yurisdiksiyasından kənar olduğunu vurğulamaq.

AZƏRBAYCAN TƏRƏFİNİN ÖNLƏYİCİ ADDIMLARI

Cəbhədə düşmənin atəşkəsindən istifadə edərək Azərbaycan tərəfi torpaqlarını azad etmək üçün hücuma hazırlıq görüntüsü yaradır (istər qoşun yerdəyişmələri, istər atəşkəsi pozan düşmən tərəfinə şiddətli cavab ilə və s.). “Ermənistan” adlı forpostdan hərbi qüvvələr “arsaxa” daxil olmağa məcbur olacaq, bu isə, bir tərəfədən düşmən tərəfin iri xərclərə getməsini, digər tərəfdən COVİD-19-un işğalçı ordu içində geniş yayılmasına səbəb olacaq. Bir sözlə, Azərbaycan Ordusunun distans zərbələrindən sağ çıxan düşmənin canlı qüvvəsini COVİD-19 koronavirusu bitirəcək.

AzMDP Analitik Mərkəzi