Çin yeni enerji ilə işləyən avtomobil istehsalına dair planını açıqladı

Ötən gün Çin hökuməti 2021-2035-ci illərdə yeni enerji ilə işləyən nəqliyyat vasitələri (NEV – New Energy Vehicles) istehsalına dair planını açıqlayıb.

Millətçilik.az “Xinhua”ya istinadən xəbər verir ki, Dövlət Şurası (Nazirlər Kabineti) tərəfindən açıqlanan planda beş strateji hədəf ortaya qoyulur. Bunlar texnoloji innovasiyalar yaratma qabiliyyətini artırmaq, yeni tipli sənaye müəssisələri inşa etmək, sənaye inteqrasiyasını və inkişafını sürətləndirmək, infrastrukturu təkmilləşdirmək, əməkdaşlıq əlaqələrini dərinləşdirməkdir.

Xüsusi hədəflər arasında 2025-ci ilədək yeni sərnişin elektrik nəqliyyat vasitələrində enerji sərfiyatını 12 kV/100 km səviyyəsinə çatdırmaq, avtomobillər satışlarında yeni NEV-lərin payını 20 faizə çatdırmaq da var. 2035-ci ilədək sırf elektrik avtomobillər yeni nəqliyyat vasitələri satışlarının əsas hissəsini təşkil etməklə ictimai nəqliyyatda yalnız elektrik vasitələr istifadə olunacaq.

Qeyd edək ki, hazırda dünyada NEV satışlarının 55 faizi Çinin payına düşür.

Şövkət Hüseyinova