Ciddədəki Fransa konsulluğuna hücum olub

Fransanın Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Baş Konsulluğunun mühafizəçisi yerli vətəndaşın bıçaqlı hücumuna məruz qalıb.

Millətçilik.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanındakı Fransa səfirliyinin məlumatına görə, xəstəxanaya çatdırılan zərərçəkənin həyatına təhlükə yoxdur.

Səfirlik bu hadisəni qətiyyətlə pisləyərək ölkədəki Fransa vətəndaşlarını “fövqəladə ehtiyatlı” olmağa çağırıb.

Bu hücumun səbəbləri barədə nə Səudiyyə rəsmiləri, nə də Fransa səfirliyi hər hansı ehtimal irəli sürüb.

Şövkət Hüseyinova