Cavid Qurbanov və daha üç nəfərə “Əməkdar mühəndis” fəxri adı verilib

Azərbaycan prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Milletcilik.az-ın məlumatına görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisində və istismara verilməsində fərqləndiklərinə Buadze Murad Otariyeviç, Qasımov Cəmil Həsən oğlu, Qurbanov Cavid Qəmbər oğlu və Rzayev Telman Ağamoğlan oğluna “Əməkdar mühəndis” fəxri adı verilib.