Cümə, Noyabr 15, 2019

İran prezidenti Azərbaycana gəlib

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri başlayıb. Millətçilik.az xəbər verir ki, dövlət başçısı oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə görüşündə iştirak edəcək. Xatırladaq ki, bu sammitdə təşkilata sədrlik üçillik müddətə Azərbaycana keçəcək.

Elmar Məmmədyarov Qarabağ danışıqlarında irəliləyiş əldə olunmamasının səbəbini açıqlayıb

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Kuba Respublikasının Xarici İşlər naziri Bruno Rodriges Parilya ilə görüşüb. XİN-dən "Report"a verilən məlumata görə, görüşdə həmsöhbətlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin kifayət qədər qədim tarixi köklərə malik...

Azərbaycan nəqliyyat habına çevrilir – RƏYLƏR

Azərbaycan sürətlə nəqliyyat habına çevrilməkdədir. Bu da səbəbsiz deyil. Ölkəmizin coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısı olmağa, hətta bu dəhlizlərin təşviq edilməsində həlledici rol oynamağa imkan verir. Bu baxımdan son illər Azərbaycanın dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi xüsusi qeyd olunmalıdır. Son nəticədə ölkəmiz...

Nursultan Nazarbayevin səlahiyyətləri artırılıb

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin imzaladığı fərmanla ölkənin birinci prezidenti, Təhlükəsizlik Şurasının sədri, elbaşı (elbası) ünvanı daşıyan Nursultan Nazarbayevin dövlət idarəçiliyi orqanlarındakı kadr siyasəti sahəsində səlahiyyətləri artırılıb. Millətçilik.az xəbər verir ki, hüquqi sənədlərin informasiya sistemində yerləşdirilən sənədə əsasən, ölkə prezidenti xarici işlər, daxili...

Əli Əhmədov: “Qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur”

"Yeni Azərbaycan Partiyası olaraq hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu, dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz". "Report" xəbər verir ki, bu fikirləri Yeni...

Malayziyanın Baş naziri Azərbaycana gələcək

Malayziyanın Baş naziri Mahathir Bin Mohamad Azərbaycana səfər edəcək. Bu barədə "Report"a Malayziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. O, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə toplantısında iştirak edəcək. Malayziya nümayəndə heyətinin tərkibində həmçinin oktyabrın 23-24-də təşkilatın nazirlər görüşündə iştirak edəcək ölkənin xarici işlər...

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

Oktyabrın 17-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.                 İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü türk xalqlarının tarixində Turan Birliyinə doğru atılmış...

Rusiya XİN: Məqsədimiz Dağlıq Qarabağ münaqişəsinin həllini mümkün qədər tezləşdirməkdir

Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların masaya çıxarılan müddəalarını əsas götürür. “Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib. “Biz danışıqların masaya çıxarılan müddəalarını əsas götürürük. Biz tərəflərlə və həmsədrlərlə razılaşdırılmış sənədlərlə işləyirik. ATƏT-in Minsk qrupunun...

Prezident İlham Əliyev Koreya Milli Assambleyasının sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

Yeni tədris ilində Bakıdakı 10 məktəbin direktoru ilə (93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116) əmək müqaviləsinə xitam verilib. Millətçilik.az-ın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda...

ÇOX OXUNAN

Yerevanda küçə alverçiləri etiraz aksiyası keçiriblər

Yerevanda küçə ticarəti ilə məşğul olan şəxslər fevralın 4-də Ermənistan hökumətinin binası qarşısında etraz aksiyası keçiriblər. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar sahibkarlıq fəaliyyəti ilə məşğul...