Cümə, May 14, 2021

Dünyanın ən qoca aktyoru vəfat edib

Rejissor Alfred Hiçkokun "Diversant" filmində əsas cani rolunu oynamış Amerika rejissoru, prodüser və aktyor Norman Lloyd 106 yaşında vəfat edib. Millətçilik.az xəbər verir ki, bu barədə “Variety” nəşri bildirib. Nəşrin məlumatına görə, Lloyd çərşənbə axşamı Los-Ancelesdəki evində ölüb. Aktyor 1942-ci ildə Hiçkokun filmində Frayya...

Türkiyə Hərbi Hava Qüvvələri İraqda terrorçuları məhv etdi

Türkiyə ordusunun İraqın şimalındakı Avaşin-Basyan ərazisində keçirdiyi “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində PKK-nın 5 terrorçusu hava zərbəsi ilə məhv edilib. Millətçilik.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib. "Güclülər, qətiyyətlilər və qüdrətilər! Biz İraqın şimalında terrorçuların yuvalarını...

Erməni rejissor Nikol Paşinyanı siçovula bənzədib

“Əgər Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı hər hansı cizgi filmi personajı ilə müqayisə etmək mümkün olsaydı, mən onu gözləri həmişə oynayan siçovulla müqayisə edərdim, hansı ki, daim nəsə oğurlamaq istəyir”. Millətçilik.az “News.am”a istinadən xəbər verir ki, bu...

Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib. O bildirib ki, E.Həsənov...

Nizami Gəncəvinin Gürcüstandakı barelyefinin bərpaya ehtiyacı var

Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin barelyefinin bərpasına ehtiyacı var. Milletçilik.az-ın yerli bürosu xəbər verir ki, abidə 2012-ci ilin dekabrında vaxtilə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə böyük şairin...

Bazar günü yağış yağacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron...

Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul...

Novxanıda avtomobil qadını vuraraq öldürüb

Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini vurulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 7-də saat 22 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Səadət Xəlilova vurulub. Nəticədə piyada aldığı...

Azərbaycan XİN Hafiz Paşayevi təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi doğum günü ilə əlaqədar ADA Universitetinin rektoru Hafiz Paşayevi təbrik edib. Millətçilik.az xəbər verir ki, bu barədə XİN-nin tvitter səhifəsində məlumat yer alıb. “Bu gün ADA Universitetinin rektoru, səfir, professor Hafiz Paşayev 80 yaşını qeyd edir! Azərbaycan elmində,...

Qadın qaynı arvadına şüşə parçası ilə xəsarət yetirib

Bakıda 40 yaşlı qadın ailə münaqişəsi zamanı xəsarət alıb. Millətçilik.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda baş verib. Belə ki, yaralı, 1981-ci il təvəllüdlü Sevinc Mirzəyeva təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun sağ bazu...

ÇOX OXUNAN

Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edib. Millətçilik.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.