Cümə axşamı, Aprel 2, 2020

İlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev "Facebook" sosial şəbəkəsində erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümü ilə bağlı paylaşım edib. "Report" dövlət başçısının 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar paylaşımını təqdim edir:

Türkiyə-İran qaz boru xəttində partlayış olub

Bu gün səhər saat 06.00-da Türkiyə-İran qaz boru xəttinin Türkiyənin Doğubeyazıt rayonunda Gürbulak Sərhəd keçid məntəqəsindən keçən hissəsində partlayış baş verib. “Report” xarici mətbuata istinadən xəbər verir ki, partlayışdan sonra 40 metr yüksəkliyində yanğın baş verib. Qeyd edək ki, yanğınsöndürənlərin, mülki müdafiə və...

Rusyanın hərbi təyyarəsi dənizə düşüb

Rusiyanın “Su-27” təyyarəsi Qara dənizə düşüb. Millətçilik.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi təyyarə dənizdə plan üzrə uçuş edərkən qəzaya uğrayıb. Məlumata görə, pilotların axtarışı davam edir.

Kürdəmirdə 49 yaşlı kişi intihar etdi

Kürdəmir rayon sakini intihar edib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Cəyli kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Yusif Əlmövsüm oğlu Dadaşov yaşadığı evdə özünü asıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları və prokurorluğunun əməkdaşları cəlb...

Zaqatalada meşə yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Zaqatala rayonunun Qalal kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə...

Düşmən hücuma keçdi-erməni əsgəri məhv edildi

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhə xəttində atışma nəticəsində bir erməni hərbçisi ölüb. Millətçilik.az erməni mediasına istinadən xəbər verir ki, yayılan məlumata görə, “Bu gün 1994-cü il təvəllüdlü müqavilə ilə xidmət edən əsgər Zohrab Sianosyan sinəsindən ağır...

Yerevanda bina uçdu, 2 nəfər gəbərdi

Yerevanın Nerkin Çarbax rayonunda binanın uçması nəticəsində 2 nəfər dağıntılar altında qalaraq ölüb. Millətçilik.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. Bildirilib ki, təcili xidmət əməkdaşları 38 yaşlı Qaiqk Q. və 52 yaşlı Qarik M.-in meyitini dağıntılar altından çıxarıblar. Məlumata görə, fakt üzrə cinayət...

Son 24 saat ərzində Cənubi Koreyada koronavirusa 248 yeni yoluxma hadisəsi qeydə alınıb.

ABŞ-ın Kaliforniya ştatının sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. Millətçilik.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Petroliya yaşayış məntəqəsindən 86 kilometr qərbdə olub. Zəlzələnin ocağı 2,2 km dərinlikdə yerləşib. Hazırda dağıntılar və xəsarət...

Gəncədə avtomobil piyadanı vurdu

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Millətçilik.az-ın Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 35 yaşlı Ramin İmanovu avtomobil vurub. Sürücü yaralını xəstəxanaya aparıb. R.İmanovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ötən gün şəhid olan sərhədçi medalla təltif edildi – FOTO

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib. Millətçilik.az xəbər verir ki, medal Dövlət Sərhəd Xidmətinin rəsmisi tərəfindən şəhidin bu gün keçirilən dəfn mərasimində atasına təqdim edilib. Qeyd...

ÇOX OXUNAN

Böyük Britaniya şirkəti Azərbaycanda qiymətli metalların hasilatını 28% artırıb

Bu ilin 9 ayı ərzində Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin Gədəbəy ərazisində hasilatı 28%...