Çərşənbə, Sentyabr 18, 2019

Azərbaycanda vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Yeni tədris ilində ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqində dəyişiklik olmayacaq. Vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən tətbiqi nəzərdə tutulur. "Report"un xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadəbildirib. O vurğulayıb ki, Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı...

Mingəçevir Dövlət Universitetinə rektor təyin edilib

Prezident İlham Əliyev Şahin Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Millətçilik.az xəbər verir ki, sərəncamla Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

Azərbaycan Texniki Universitetinə rektor təyin edilib

Prezident İlham Əliyev Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Millətçilik.az xəbər verir ki, sərəncamla Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib. Qeyd edək ki, V.Vəliyev 1960-cı ilin martın 28–də anadan olub. O, bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi...

Gürcüstanda təhsilə yararsız Azərbaycan dilli məktəbdə təmir işlərinə başlanılıb

Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində illərdir təhsilə yararsız vəziyyətdə olan Azərbaycan dilli məktəbdə təmir-bərpa işlərinə başlanılıb. Bu barədə “Report”un yerli bürosuna Qardabani rayonunun Sakrebulo sədrinin müavini Rəfi Orucov məlumat verib. Onun sözlərinə görə, Muğanlı kənd məktəbinin təmir olunması rayonda səbirsizliklə gözlənilən layihə idi:...

İyunun 30-da keçirilən imtahanların nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da keçirilən imtahanların nəticələrini açıqlayıb. Mərkəzdən "Report"a verilən məlumata görə, nəticələr ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında...

Təhsil naziri tədris ilinin iyunun 14-dək davam etməsilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil naziri Ceyhun Bayramov tədris ilinin iyunun 14-də bitməsi ilə bağlı narazılıqlara münasibət bildirib. Millətçilik.az-ın xəbərinə görə, nazir xatırladıb ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2015-ci ildən etibarən tədris ili sentyabrın 15-i başayaraq, iyun ayının 14-nə kimi davam edir: ''Artıq yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris...

BDU-nun daha bir prorektoru işdən çıxarılıb, yeni təyinatlar olub – SİYAHI

Bakı Dövlət Universitetinin (BDU) prorektoru Sani Hacıyev vəzifəsindən azad olunub. Millətçilik.az xəbər verir ki, tarix elmləri doktoru, professor S.Hacıyevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalanıb. Hələlik həmin vəzifəyə yeni təyinat yoxdur. Bundan başqa, BDU-nun rektoru Elçin Babayevin əmri ilə ali məktəbdə iki yeni müşavirlik yaradılıb və həmin...

DİM beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib. Mərkəzdən "Report"a bildirilib ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların...

İyunun 2-də növbəti buraxılış imtahanı keçiriləcək

İyunun 2-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil...

Azərbaycanda bir neçə universitetin prorektorları dəyişdirilib – SİYAHI – EKSKLÜZİV

Azərbaycanın bir neçə ali təhsil müəssisəsinin prorektorları dəyişdirilib. “Report”un əldə etdiyi məlumata görə, bu barədə Təhsil Nazirliyi müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakı Dövlət Universitetinin (BDU) ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Mehrabov işdən çıxarılıb. O, Azərbaycan Dillər Universitetində həmin sahə...

ÇOX OXUNAN

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası birlikdə müsabiqə elan edib. Şuradan Lent.az-a verilən məlumata görə, hər iki qurum  gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan...