Bazar ertəsi, İyul 22, 2019

Rusiya, Türkiyə və İran Suriyada terrorçu qrupların zərərsizləşdirilməsi barədə razılığa gəlib

Rusiya, Türkiyə və İran silahlı qüvvələrinin Baş Qərargah rəisləri Suriyada İŞİD və “Cəbhat-ən-Nüsra” kimi təşkilatların qalan bölmələrinin zərərsizləşdirilməsinə dair konkret addımlar barədə razılığa gəliblər. Milletcilik.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Rusiya...

Lavrov: “Digər həmsədrlə Qarabağ münaqişəsinin həlli üçün şərait yaradılması istiqamətində səylərimizi davam etdirəcəyik”

"Biz həmsədr kimi amerikalı və fransalı həmkarlarımızla birlikdə müvafiq tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şəraitin yaradılması istiqamətində səylərimizi davam etdirəcəyik". Milletcilik.az-ın məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşündən sonra keçirilən mətbuat...

Türkiyə parlamentinin sədri postuna seçkilərin ilk turu keçirilib

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri postuna seçkilər keçirilib. Milletcilik.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ilk iki turda Türkiyə parlamentinin sədri seçilmək üçün namizədlərin deputatların 2/3-nin dəstəyini qazanması, yəni 276 səs toplaması lazımdır. Bu gün keçirilən ilk turda hakim...

Lavrov Azərbaycan-Rusiya-Türkiyə formatının yaradılmasının mümkünlüyünə münasibət bildirib

“Hər bir formatın dəyəri olmalıdır”. Milletcilik.az-ın məlumatına görə bu sözləri Rusiyanın xarici işlər naziri Sergey LavrovAzərbaycan-Türkiyə-Rusiya formatının yaradılmasının mümkünlüyü ilə bağlı suala cavabında deyib. Nazir bildirib ki, hazırda mövcud olan Rusiya-Azərbaycan-İran formatı tərəflərin qarşılıqlı maraqları əsasında yaranıb: “Bu əməkdaşlıq xüsusilə beynəlxalq nəqliyyat...

Rusiya XİN başçısı: “Azərbaycanı Avrasiya İqtisadi İttifaqında görməkdən çox məmnun olarıq”

"Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya birliyidir. Biz heç kəsə bu təşkilata daxil olmağı diqtə etməmişik". Milletcilik.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı deyib. O, birliyə yeni üzvlərin qəbul edilməsini hər zaman...

MOSKVANIN ÜÇÜNCÜ YOLU

Torpağlarımızı işğal etmiş “ermənistan” adlı Rusiya Federasiyasının hərbi bazasının (heç bu əraziyə “Rusiya müstəmləkəsi” deməyə də adamın dili gəlmir) oyuncaq “prezidenti” Serjik Sərgisyan Moskvada öz ağası ilə görüşdə idi. HƏRBİ CANİ OLAN QULUN ÖZ AĞASI İLƏ GÖRÜŞÜ          Bu hərbi caninin Moskva...

İsrail hökuməti Fransa nümayəndə heyətinin ölkəyə girişinə qadağa qoyub

İsrail hökuməti Fransa nümayəndə heyətinin ölkəyə planlaşdırılan səfərinə icazə verməyib. Milletcilik.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bələdiyyə başçıları və deputatlardan ibarət nümayəndə heyətinin Fransa Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşü zamanı bildirilib. Yeddi nəfərdən ibarət nümayəndə heyəti İsrail həbsxanasında...

Azərbaycan prezidenti latviyalı həmkarına məktub göndərib

Azərbaycan prezidenti İlham Əliyev latviyalı həmkarı Raymonds Veyonisə məktub göndərib. Milletcilik.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab Prezident, Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki,...

Prezident: “Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır”

“Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır”.   Milletcilik.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşü zamanı deyib. “Bizim uğurlarımız indi bütün dünya idman ictimaiyyəti tərəfindən qəbul edilir. Bizim idmançılar Azərbaycanı bütün beynəlxalq yarışlarda...

Prezident Masazırda məktəb açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Milletcilik.az-ın məlumatına görə, dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, məktəbin tikintisinə Heydər Əliyev Fondunun...

ÇOX OXUNAN

İrəvan yenə qarışdı: Meriya tutuldu, küçələr bağlandı

Onlarla etirazçı İrəvan meriyasının binasına daxil olub. millətçilik.az xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” yayıb. Binaya daxil olan etirazçılar mer Taron Markaryanın istefasını tələb ediblər....