Boston bələdiyyəsinin qarşısında Azərbaycan bayrağı qaldırılıb

ABŞ-ın tarixi şəhərlərindən biri, Massaçusets ştatının paytaxtı Boston şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü il dönümü münasibəti ilə şəhərin bələdiyyə binasının qarşısında Azərbaycan bayrağı qaldırılıb.

Millətçilik.az xəbər verir ki, layihə Yeni İngiltərə (“New England”) Azərbaycan Cəmiyyətinin rəhbəri Tünzalə Eynullanın təşəbbüsü və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

 Şölə Beyləqanlı