“Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı tədbiri keçirdi

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı layihəsinin icra planına uyğun olaraq 19 iyul 2019-cu il saat 11.00-dan 15.00-dək Göyçay rayonunun Gənclər Mərkəzində maarifləndirmə tədbiri keçirdi.

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, bələdiyyələrin nümayəndələri, mədəniyyət, təhsil, səhiyyə işçiləri, inşaat, kənd təsərrüfatı işlərini həyata keçirən sahibkarlar və ev qulluğu sahəsində çalışanlar və onları işə götürənlər, otel işlədənlər, icma üzvləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Göyçay rayon Gənclər Mərkəzinin direktoru Anar Nağyev iştirakçıları Göçay Rayon İcra Hakiiyyətinin başçısı Mehdi Səlimzadənin adından salamlayaraq, cəmiyyətimiz üçün əhəmiyyətli olan belə layihəlıəri maliyyələşdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına gənclər adından təşəkkürünü bildirdi və dünyada qlobal problem olan insan alverinə qarşı mübarizədə gənclərin də ayiq-sayıq və mübariz olmasını bildirdi. Daha sonra layihə rəhbəri Gülayə Səfərova iştirakçılara cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanların bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verdi. Tədbirdə iştirak edən DİN-in Göyçay Rayon Polis şöbəsinin əməkdaşı Vüsal Qasımov bu sahədə DİN-nin İnsan Alveinə Qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıq etdiklərindən və bu sahədə də gördükləri işlərdən danışdı, çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin nümayəndəsi Qaraş İsmayılov da rayonda belə təbirlərin keçirilməsinin vacibliyini vurğuladı,sonra müzakirələrdə fəal iştirak edən Kəmalə Qədirova, Aytac Əliyeva, Səkinə Mürsəlova və Fərid Əkbərov da bu mübarizədə ailənin rolunun vacibliyindən, bəzi insanların sosial şəbəkələrdən düzgün istifadə etməmələrindən, bu problemlə bağlı TV verlişlərin, sosial çarxların az olmasından danışdılar. Təşkilatın hüquqşünası Afaq İsmayılova da iştirakçılara İnsan alveri və onunla mübarizə yolları barədə məlumat verdi, Tədbirin sonunda iştirakçılardan hazırlanmış könüllülər Göyçay rayonunda potensial qurbanların ən çox cəmləşdiyi kafe, hotel və gözəllik salonlarında DİN-in İAQMBİ tərəfindən hazırlanmış İnsan alveri ilə bağlı maarifləndirici nəşrlər və bukletlər payladılar.
“Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı tədbiri keçirdi“Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı tədbiri keçirdi“Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı tədbiri keçirdi“Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı tədbiri keçirdi“Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı tədbiri keçirdi“Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı tədbiri keçirdi“Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı tədbiri keçirdi“Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi”adlı tədbiri keçirdi