BMT-nin Azərbaycandakı ofisində Kofi Annanın xatirəsinə bayraqlar endirilib

BMT-nin Azərbaycandakı ofisində təşkilatın keçmiş baş katibi Kofi Annanın xatirəsinə bayraqlar endirilib.

Xatırladaq ki, Kofi Annan avqustun 18-də Cenevrədə həyatının 81-ci ilində dünyasını dəyişib. O, 1997-ci ildən 2006-cı ilədək təşkilata rəhbərlik edib. 2001-ci ildə K.Annan və BMT Nobel Sülh Mükafatına layiq görülüb.