BMT-nin Azərbaycandakı nümayəndəliyi İsrail səfirliyi ilə birgə “Xolokost həftəsi” keçirir

BMT-nin Azərbaycandakı nümayəndəliyi İsrail səfirliyi ilə birgə yanvarın 23-dən 27-nə kimi Azərbaycanda “Xolokost həftəsi” təşkil edir.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, həftə ərzində müxtəlif təhsil ocaqlarında sərgilər və “Xolokostun uşaqları” adlı sənədli filmin nümayişi keçiriləcək.

Tədbirlər ADA Universiteti, Binəqədi rayon Gənclər Evi və Bakı Oxford məktəbində baş tutacaq.