BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanın rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Xalq Demokratik Respublikasında (KXDR) səfərdədir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, səfərin məqsədi KXDR-in sonuncu ballistik raket sınağından sonra yaranmış vəziyyəti ölkə rəsmiləri ilə müzakirə etməkdir.
Bildirilir ki, BMT nümayəndə heyəti 4 günlük səfər çərçivəsində KXDR rəsmiləri ilə yanaşı, BMT-nin bu ölkədəki nümayəndəliyinin rəhbərliyi, Pxenyandakı diplomatik korpusun təmsilçiləri ilə də görüşəcək.
Cefri Feltman Pekindən Pxenyana uçmazdan əvvəl jurnalistlərin səfərin detalları barədə suallarını cavablandırmaqdan yayınıb.