Bitcoin yenidən ucuzlaşmağa başladı

Sürətlə bahalaşan Bitcoin yenidən ucuzlaşmağa başlayıb.

Milletcilik.az xəbər verir ki, bazar günü (17 dekabr 2017-ci il) 19 503 ABŞ dollarına dəyərləndirilən bitcoin bu gün 13 769 ABŞ qiymətinə düşüb.

Dünyanın ən iri kriptovalyutası olan “Bitcoin”un kursu oktyabr-noyabr ayları ərzində 127 faiz dəyər qazanıb. Bu ilin əvvəlində dəyəri 1000 dollar olan “Bitcoin” il ərzində 16,55 dəfə bahalaşmışdı.