Bişkekdə korrupsiyaya qarşı mitinq başlayıb – VİDEO

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərindənin mərkəzindəki “Ala-Too” meydanında korrupsiyaya qarşı mitinq başlayıb.

Millətçilik.az RİA “Novosti”yə istinadən xəbər verir ki, əvvəlcədən elan edilən, lakin səlahiyyətlilərlə razılaşdırılmayan aksiyanı ictimai fəallar təşkil ediblər.

Hazırda etiraz aksiyasında təqribən 200 nəfər iştirak edir. Onlar hökumətdən korrupsiyaya qarşı mübarizəni gücləndirməyi və vicdansız məmurları həbs etməyi tələb edirlər.

Mitinq keçirilən yerlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları növbə çəkirlər.

Qeyd edək ki, mitinqə səbəb yerli jurnalistlərin gömrükdə “boz sxemlər”lə bağlı araşdırması olub. Material müəlliflərinin yazdığına görə, bu sxemlərdə bir sıra keçmiş və indiki məmurlar iştirak ediblər. Jurnalistlərin hesablamalarına görə, korrupsioner məmurların bir neçə illik fəaliyyətindən dəymiş zərər yüz milyonlarla dollar təşkil edib.

Ölkənin digər şəhərlərində də oxşar etiraz aksiyalarının keçiriləcəyi planlaşdırılır.

Митинг начали с исполнения гимна pic.twitter.com/0AHP1Ptj2i

— Макс Элебесов (@definition45) November 25, 2019