Binəli Yıldırımın Azərbaycana səfəri başlayıb

Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana gəlib.

Milletcilik.az-ın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda B. Yıldırımı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər şəxslər qarşılayıblar.

Türkiyə baş naziri prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rəsulzadə və digər rəsmi şəxslərlə görüşəcək.