“Binə” ticarət mərkəzində dəzgah ustanın əlini qoparıb

Bakıda dəzgah ustanın əlini qoparıb.

Millətçilik.az xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzində qeydə alınıb.

Ticarət mərkəzində dülgər sexində usta işləyən 28 yaşlı Orxan Muradovun əli iş zamanı dəzgahın arasında qalıb.

Ustanın sol əli amputasiya edilib.