Beynəlxalq Cochlear implant günü ilə bağlı “Cochlear Azerbaijan” tərəfindən tədbir təşkil olunacaq

25 Fevral “ Dünya Cochlear Implant Günü” artıq Azərbaycanda da özəl gün olaraq qeyd ediləcəkdir. 25 fevral “Cochlear İmplant Günü” ilə bağlı xüsusi hazırlıqlar gedir.

Eşitmə əngəlini aşaraq artıq Cochlear implantdan istifadə edən şəxsləri bir araya toplayaraq xüsusi tədbirdə rəsmi dövlət nümyəndələri, tanınmış simalar, media nümayəndələri iştrak edəcək və öz səslərini Cochlear istifadəçilərinə eşitdirərək dəstək olacaqlar. Xatırladaq ki, “Cochlear Azerbaijan” “İmplant VS” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cochlear Limited Ltd-nin Azərbaycandaki rəsmi distribyutoru olaraq artıq 3 ilə yaxındır ki, fəaliyyət göstərməkdədir. Azərbaycan Respublikası sərhədləri daxilində Cİ – 400 koxlear implantı, Nucleus CP802, Nucleus 6, Nucleus 7, Kanso nitq prosessorlarının, Baha səs ötürücüsünün və onların ehtiyyat hissələrinin, bu cihazların zəmanətli təmirini, servisini həyata keçirməkdədir. Koxlear implantasiya əməliyyatlarından sonra nitq prosessorunun qoyulması (əməliyyatdan sonrakı 1 ay ərzində icra edilir), cihazda səsin tənzimlənməsi ( fitting ) xidmətləri və əməliyyat olunmuş uşaqlarda eşitmə qüsurunun aradan qaldırılması üçün tələb olunan reabilitasiya xidmətləri də tərəfimizdən icra olunmaqdadır.