Betonqarışdıran motosikletin üstünə aşdı

Ağsu rayonunda betonqarışdıran yük maşını motosikletin üzərinə aşıb, xəsarət alanlar var.

Milletcilik.az-ın xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində Ağsu şəhərində qeydə alınıb.

Rayon sakini 1979-cu il təvəllüdlü Baxışov Coşqun Qənbər oğlu idarə etdiyi “90-CF-748” dövlət nömrə nişanlı betonqarışdıran avtomobil ilə Ağsu şəhərində yeni bayraq meydanının inşası üçün əraziyə beton apararkən döngədə idarəetməni itirib və avtomobili yoldakı motosikletin üzərinə aşırıb. Hadisə zamanı motosikletin sürücü, 1986-cı il təvəllüdlü Musayev Samir Ağayar oğlu, sərnişinlər – Yenilik kənd sakinləri, 1995-ci il təvəllüdlü Pənahov Roman Sərkar oğlu və 1993-cü il təvəllüdlü Bəbirli Həbib Əşrəf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.