Beş ölkənin XİN başçısı Qarabağ problemini müzakirə edib

Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclasında Dağlıq Qarabağ münaqişəsinə toxunulub.

Millətçilik.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nazirlər çıxışlarında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.