Bayram günlərində zəhərlənənlərin statistikası

Dekabrın 31-dən yanvarın 4-dək Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 12 müraciət daxil olub.

Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, müraciət edənlərdən 8-i sərxoş olub. Onlar alkoqol içkiləri qəbul etdikdən sonra opranizmlərində yaranan fəsadlara görə, mərkəzə gətirilib.

A.Maqsudov qeyd edib ki, bayram günlərində 6 nəfər isə dəm qazından zəhərlənmə ilə müraciət edib: “Bu müddətdə 3 nəfər dərmanın yaratdığı əlavə təsir – allergik reaksiya ilə bağlı, 1 nəfər isə dərman zəhərlənməsi ilə bağlı mərkəzə gətirilib. Müraciət edənlərin hamısı artıq evə buraxılıb”.

Milletcilik.az